Belediyye.info 2015-ci ilin may ayının 25-i tarixindən fəaliyyətdədir.

30-07-2025 , 00:33

1442

Son xəbərlər

Bütün xəbərlər

Ən çox oxunanlar

Bu gün Bu həftə Bu ay
Gündəlik Xəbərlər
- +

Şuşa ziyalıları haqqında sosial çarxların hazırlanması” adlı layihənin icrası tamamlanıb 

 “Sağlam İnkişaf və Maarifləndirmə” İctimai Birliyi Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə “Şuşa ziyalıları haqqında sosial çarxların hazırlanması” adlı növbəti layihəsini həyata keçirib.

Təşkilatın sədri Anar Xəlilovun sözlərinə görə, layihənin əsas ideyasına uyğun olaraq Şuşanın görkəmli  şəxsiyyətlərindən olan şair, rəssam, astronom,  ədəbiyyatşünas,  nəqqaş, tarixçi, xəttat və musiqişünas  alim Mir Möhsün Nəvvab və İkinci Dünya müharibəsi iştirakçısı general mayor Yaqub Allahqulu oğlu Quliyev haqqında sənədli video çarxlar hazırlanmışdır. Layihə çərçivəsində hazırlanan  video çarxlar əsasən sosial şəbəkələrdə və digər internet resurslarında geniş yayılaraq təbliğ olunacaqdır. Məqsəd görkəmli insanlarımızı gənc nəslin  və geniş ictimaiyyətin diqqətinə bir daha çatdırmaqdır. 

 “Sağlam İnkişaf və Maarifləndirmə” İctimai Birliyi

Rəylər

0 Rəy


Rəy yaz

Oxşar xəbərlər

Şabranın mədəniyyət qoruyucuları

Gündəlik Xəbərlər
18-07-2026
594

Səkkiz bələdiyyənin yarim milyon manat  borcu var

Gündəlik Xəbərlər
08-07-2026
594

Bələdiyyə icra-münasibətlərində Masallı təcrübəsi

Gündəlik Xəbərlər
30-06-2026
791

Şuşa rayonunun demoqrafik vəziyyəti haqqında

Gündəlik Xəbərlər
09-06-2026
611

Bələdiyyələrə dotasiya nə vaxt ayrılacaq?

Gündəlik Xəbərlər
01-06-2026
819