Belediyye.info 2015-ci ilin may ayının 25-i tarixindən fəaliyyətdədir.

17-02-2026 , 11:58

524

Son xəbərlər

Bütün xəbərlər

Ən çox oxunanlar

Bu gün Bu həftə Bu ay
Gündəlik Xəbərlər
- +

Bir icra başçısına töhmət verildi - Digərinə xəbərdarlıq edildi


 Bakı Şəhər İcra Hakimiyyətində paytaxtın rayon icra hakimiyyətlərinin başçıları və şəhər kommunal xidmətlərinin rəhbərlərinin iştirakı ilə növbəti müşavirə keçirilib.

 Bakı Şəhər İcra Hakimiyyətinin Mətbuat xidmətindən “Qafqazinfo”ya verilən məlumata görə, müşavirədə şəhərin sanitar təmizliyinin və onun yaz-yay mövsümünə hazırlığının vəziyyəti, əsaslı təmir, abadlıq və yaşıllaşdırma işləri və o cümlədən qanunsuz tikintilərlə bağlı məsələlər müzakirə olunub.

 İclasda çıxış edən Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizov bildirib ki, Prezident İlham Əliyevin düşünülmüş və uzaqgörən siyasəti sayəsində Azərbaycan özünün müasir tarixində çiçəklənmə və tərəqqinin yüksək zirvəsinə çatıb. Vurğulanıb ki, qazanılan uğurların əsasında məhz dövlət başçısının  siyasi dahiliyi və onun xalqla möhkəm birliyi durur ki, bu da Azərbaycanın bu günkü və gələcək inkişafının təminatıdır.

 Bakı Şəhər İcra Hakimiyyətinin başçısı qeyd edib ki, rayon icra hakimiyyəti başçıları rayonlarda olan nöqsanları operativ şəkildə aşkar edib aradan qaldırmalı, məsuliyyət və təşəbbüskarlığın bu gün zamanın tələbi olduğunu yadda saxlamalıdırlar.

 Eldar Əzizov Suraxanı, Qaradağ və Xəzər rayonlarında təsərrüfat məsələlərinin vəziyyətini kəskin tənqid edərək, bu rayonların bəzi qəsəbələrinin ümumşəhər standartlarından geri qaldığını qeyd edib. Yol verilən nöqsanlara görə Suraxanı Rayon İcra Hakimiyyətinin başçısına töhmət, Xəzər Rayon İcra Hakimiyyətinin başçısına isə şifahi xəbərdarlıq elan edilib. Şəhər rəhbəri rayon başçılarından yerlərdə vəziyyəti yaxşılaşdırmaq üçün təcili tədbirlərin görülməsini tələb edib. Töhmət alan Suraxanı Rayon İcra Hakimiyyətinin başçısı Adil Əliyev çıxış edərək bütün çatışmazlıqların bir ay ərzində aradan qaldırılacağına söz verib.

 Toplantıda paytaxt rayonlarında təmizlik, abadlıq və yaşıllaşdırma ilə bağlı məsələlər müzakirə olunub. Əldə edilən nəticələr qənaətbəxş hesab edilib, Novruz bayramına hazırlıq və işlərin daha da təkmilləşdirilməsi üçün tapşırıqlar verilib.

 https://qafqazinfo.az/news/detail/bir-icra-bascisina-tohmet-verildi-digerine-xeberdarliq-edildi-499145

Rəylər

1 Rəy

Afaq Cavadova

17-02-2026, 2 həftə əvvəl

Kaşki bütün İcra başçıları Adil müəllim kimi Vətəninə Xalqına namusla xidmət etsin.Yaxşı işleyenede qiymet vermek lazımdı töhmət yox! Adil müəllim gələndən Suraxanı camaatı təmizlik,seliqe sehman görüb.Hələ xeyirxah işleride danılmazdı.Bunları görmemek üçün gerek kor olasan.

Cavabla

Rəy yaz

Oxşar xəbərlər

Müsabiqəyə yekun vurulub, qaliblər də məlumdur

Gündəlik Xəbərlər
15-12-2025
752

İdarətemədə isalahatlar nəyi dəyişəcək? 

Gündəlik Xəbərlər
14-12-2025
826

Ədliyyə naziri Bərdə şəhərində qəbul keçirib

Gündəlik Xəbərlər
08-12-2025
732

Konfransda bələdiyyə  təmsilçiləri də iştirak edib

Gündəlik Xəbərlər
01-12-2025
901

Onlar Assosiasiyanın idarə heyətinə üzv seçiliblər


Gündəlik Xəbərlər
15-11-2025
1199

 Prezidentin məmurlardan əsas tələbləri

Gündəlik Xəbərlər
13-11-2025
1104