Belediyye.info 2015-ci ilin may ayının 25-i tarixindən fəaliyyətdədir.

28-07-2026 , 16:33

92

Son xəbərlər

Bütün xəbərlər

Ən çox oxunanlar

Bu gün Bu həftə Bu ay
Gündəlik Xəbərlər
- +

Bu rayonun beş bələdiyyəsinin DSMF-yə iki yüz min manatdan artıq borcu var

Belediyye.infonun əldə etdiyi məlumata görə, Oğuz rayonunda formalaşan altı bələdiyyədən beşinin Dövlət Sosial Müdafiə Fonduna  229.582 manat  borcu var.

Oğuz bələdiyyəsinin 21.300 manat,  Kərimli bələdiyyəsinin 9300 manat, Bucaq bələdiyyəsinin 81.330 manat, Xaçmaz bələdiyyəsinin 74.452 manat, Qumlaq -Xalxal bələdiyyəsinin 43.200 manat  DSMF borcu var.  Borcun müəyyən hissəsi 15 il əvvəl yaranmış, birləşdirmədən sonra isə yeni formalaşdırılan bələdiyyənin məsuliyyət dairəsinə düşmüşdür.

Əldə edilən məlumatda qeyd edilir ki, hər bir borcu olan bələdiyyə ciddi şəkildə borcun silinməsinə maraqlıdır. Bunun üçün bir sıra vacib addımların atıldığı deyilir. Lakin əvvəlki illərdən qalmış borcun bu gün operativ şəkildə bağlanılması mümkün deyildir.

Bələdiyyələr ümid edir ki, üzləşdikləri bu poblemin aradan qaldırılmasına müəyyən dövlət qurumları da öz dəstəyini göstərəcəkdir.

 Beləliklə, Oğuz rayonunda formalaşan beş bələdiyyəni də əlavə etsək, Gədəbəy, Yardımlı, Qax və Kürdəmir rayonunda  formalaşan 34   bələdiyyələrin ümumilikdə 978.873 manat DSMF-yə borcu var.

Belediyye.info

Rəylər

0 Rəy


Rəy yaz

Oxşar xəbərlər

Sabiq icra başçısı dünyasını dəyişib

Gündəlik Xəbərlər
15-05-2026
801

Yerin hər zaman görünəcək, dəyərli insan

Gündəlik Xəbərlər
31-03-2026
700