Assosiasiya rəsmiləri "Qardaş şəhərlər"in I Beynəlxalq Forumunda iştirak edib
Özbəkistanın Səmərqənd şəhərində 24–25 iyul tarixlərində ilk "Qardaş şəhərlər"in I Beynəlxalq Forumu keçirilib.
Özbəkistan mediasının
yaydığı məlumata görə, forumun keçirilməsinin əsas məqsədi şəhərlər arasında
birbaşa əməkdaşlığın genişləndirilməsinə xidmət edir. Forum həm də qardaş şəhərlər
arasında iqtisadi əlaqələrin gücləndirilməsi, investisiya və ticarətin təşviqi,
turizm, elm, təhsil və innovasiya sahələrində birgə layihələrin hazırlanması, mədəni-humanitar
əlaqələrinin inkişafının təmin edilməsi məqsədilə təşkil edilib.
Bildirilir ki, Forumda 20-dən çox ölkədən təxminən 300-ə
yaxın nümayəndə qatılıb. İştirakçılar
arasında şəhər rəhbərləri, bələdiyyə sədrləri, beynəlxalq ekspertlər, alimlər,
iş adamları və beynəlxalq təşkilatların nümayəndələri yer alıb.
Qeyd edək ki, digər dövlət qurumları ilə yanaşı forumda Azərbaycan Bələdiyyələrinin Milli Assosiasiyasının (ABMA) rəsmiləri də iştirak edib. Assosiasiyanın nümayəndə heyətinin tərkibində
ABMA-nın Əlaqələndirici koordinatoru
Aydın Muradov, AŞBMA-nın icraçı
katibi Əli Əkbərli iştirak edib.
Nümayəndə heyətinin keçirdiyi görüşlərdə Azərbaycan bələdiyyələri
və şəhərləri ilə Özbəkistan şəhərləri arasında əməkdaşlığın genişləndirilməsi
müzakirə obyekti olub. Bildirilir ki, forumun təşkilin tarixi əhəmiyyət daşıyan
ilk təşəbbüs, şəhər diplomatiyasında yeni mərhələ kimi qeyd edilir.
Forum çərçivəsində həm “Dostluq ağacı” adlı aksiyası keçirilib,
habelə “Qardaş şəhərlər” I Beynəlxalq
Forumu çərçivəsində “Şəhərlərin imkanları” sərgisi təşkil edilib.
İki gün ərzində keçirilən Forumda Azərbaycan nümayəndə heyəti aktiv şəkildə iştirak edib.
Belediyye.info
Rəylər
0 Rəy