Belediyye.info 2015-ci ilin may ayının 25-i tarixindən fəaliyyətdədir.

13-11-2024 , 00:26

1174

Son xəbərlər

Bütün xəbərlər

Ən çox oxunanlar

Bu gün Bu həftə Bu ay
Gündəlik Xəbərlər
- +

Söhbət o insandan gedir ki,...

Bu gün onun günüdür. Söhbət o insandan gedir ki, o  üzərinə götürdüyü məsuliyyət yükünü bir çoxlarından fərqli olaraq daha tez hiss edir, sədr olaraq hər bir müraciətə həssaslıqla yanaşır və hər zaman sadəliyi ilə seçilir.  Və bir çox hallarda qarşısındakı insanın qəlbini rentgen kimi görsə də üzə vurmur və konkret olaraq yola verməyi bacarır. Bu bəlkə də, onun aldığı təhsillə bağlıdır.

Söhbət şəkildən  də göründüyü kimi   Xəzər rayonu Buzovna bələdiyyəsinin sədri Mətləb Firuz oğlu Əliyevdən gedir.

1977-ci ilin bu günü dünyaya gəlib, 2000-ci ildə Odlar Yurdu Universitetini, 2012-ci ildə Bakı Dövlət Universitetinin hüquq fakultəsini bitirib.

2006-cı ildən isə Buzovna bələdiyyəsində çalışır. Əvvəlcə hüquqşunas kimi, 2009- cu ilin dekabr seçkilərindən sonra bələdiyyə üzvü kimi, 2010-cu ilin yanvarından isə  bələdiyyənin sədr müavini, həmin ilin may ayından isə bələdiyyə sədri kimi fəaliyyətini davam etdirib. Artıq üç seckidir həm bələdiyyə üzvü, və bələdiyyə sədri vəzifəsinə yekdilliklə seçilir. 

Dəfələrlə söhbətim həm də,  təşkil etdiyi tədbirlərdə iştirakım olub. Siyasi savadı yerində olan, lazımı sözü lazımlı yerdə deməyi bacaran, həmişə özünü tox tutmağı bacaran, ən əsası  BAKILILARI mənə sevdirən beş bələdiyyə sədrindən biri olan Mətləb Əliyevi yaxından tanıdığımdan ona belə əziz bir gündə çalışdığı sahəni daha yüksək səviyyədə tanıtmağı, saglıqlı illərlə bələdiyyə sistemin inkişafına daha böyük uğurlara imza atmağı arzu edirəm.

Hörmətlə,  Vüqar Tofiqli    

Rəylər

0 Rəy


Rəy yaz

Oxşar xəbərlər

Bələdiyyələr niyə hesabat verə bilmirlər...

Gündəlik Xəbərlər
11-04-2025
874

Eldar Əzizovu fərqləndirən əsas cəhət


Gündəlik Xəbərlər
09-04-2025
480

Nazir  Şəkidə vətəndaşları qəbul edib

Gündəlik Xəbərlər
07-04-2025
462

Bu rayonlarda  da bələdiyyələr formalaşdırılıb?

Gündəlik Xəbərlər
07-04-2025
523

Nizami bələdiyyəsində görüş keçirilib

Gündəlik Xəbərlər
10-03-2025
677