Belediyye.info 2015-ci ilin may ayının 25-i tarixindən fəaliyyətdədir.

17-12-2024 , 14:56

1878

Son xəbərlər

Bütün xəbərlər

Ən çox oxunanlar

Bu gün Bu həftə Bu ay
Gündəlik Xəbərlər
- +

Bələdiyyə seçkilərində partiyalara televiziya və qəzetlərdə təbliğat üçün yer ayrılacaq

Mərkəzi Seçki Komissiyası (MSK) 2025-ci il yanvarın 29-na təyin edilmiş bələdiyyə seçkilərində seçkiqabağı təşviqatla bağlı elan yayımlayıb.

"Report"un məlumatına görə, elanda qeyd edilib ki, seçkiqabağı təşviqat aparmaq məqsədilə ölkə üzrə bələdiyyələrin yarısından çoxunda namizədləri qeydə alınmış siyasi partiyalara, siyasi partiyaların bloklarına media subyektlərində ödənişsiz efir vaxtı və dərc üçün yer ayrılacaq.

MSK-dan bildirilib ki, həmin media subyektləri İctimai Televiziya və Radio Yayımları Şirkəti, "Azərbaycan” qəzeti, "Xalq qəzeti”, "Respublika” qəzeti, "Bakinski raboçi” qəzetidir.

Qurumdan qeyd edilib ki, yuxarıda göstərilən qurumlar, o cümlədən digər televiziya və radio yayımçıları, dövri nəşrlərin redaksiyaları seçkiqabağı təşviqat üçün ödənişli efir vaxtı və yaxud dərc üçün yer ayrılmasının mümkünlüyünə dair qərar qəbul etdikdə, bu barədə Mərkəzi Seçki Komissiyasına müvafiq bildirişlər göndərməli, efir vaxtının verilməsinə və dərc üçün yerin ayrılmasına görə ödənişin əsasları, şərtləri və məbləği barəsində məlumatları bələdiyyə seçkilərinin təyin edilməsi haqqında qərarın rəsmi dərc olunmasından sonra ən geci 30 gün keçənədək (2024-cü il dekabrın 28-dək) dərc etməlidirlər.

https://report.az/daxili-siyaset/msk-seckiqabagi-tesviqatla-bagli-elan-yayib/


Rəylər

0 Rəy


Rəy yaz

Oxşar xəbərlər

Şabranın mədəniyyət qoruyucuları

Gündəlik Xəbərlər
18-07-2026
596

Səkkiz bələdiyyənin yarim milyon manat  borcu var

Gündəlik Xəbərlər
08-07-2026
595

Bələdiyyə icra-münasibətlərində Masallı təcrübəsi

Gündəlik Xəbərlər
30-06-2026
792

Şuşa rayonunun demoqrafik vəziyyəti haqqında

Gündəlik Xəbərlər
09-06-2026
612

Bələdiyyələrə dotasiya nə vaxt ayrılacaq?

Gündəlik Xəbərlər
01-06-2026
820