Belediyye.info 2015-ci ilin may ayının 25-i tarixindən fəaliyyətdədir.

29-01-2025 , 08:59

2504

Son xəbərlər

Bütün xəbərlər

Ən çox oxunanlar

Bu gün Bu həftə Bu ay
Gündəlik Xəbərlər
- +

Bələdiyyə seçkilərinə böyük maraq var


Bələdiyyə seçkiləri Azərbaycanda böyük maraqla qarşılanıb, ümumilikdə 24 siyasi partiyanın namizədləri bələdiyyə seçkilərində təmsil olunur.

Modern.az-ın məlumatına görə, bunu Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov söyləyib.

O qeyd edib ki, bələdiyyə seçkiləri müasir tələblərə uyğun olaraq təşkil edilib:

"Seçkilərin müşahidəsində veb-kameralar praktikasından istifadə edilir. İstənilən ölkədən maraqlı tərəfin Mərkəzi Seçki Komissiyasının saytına daxil olaraq seçkiləri müşahidə edə bilər. Bu, beynəlxalq səviyyədə Azərbaycan praktikası kimi qəbul edilir".

MSK sədri vurğulayıb ki, seçki prosesində hər hansı neqativ hallar qeydə alınsa, müvafiq məntəqədən dairəyə, oradan isə MSK-ya məlumat veriləcək. O bildirib ki, seçkilərin ilkin nəticələri bu gün gecə saatlarında ictimaiyyətə çatdırılacaq.

Qeyd edək ki, səsvermə saat 19:00-a qədər davam edəcək.

Seçkilər ölkə ərazisindəki 118 seçki dairəsini əhatə edən 5 min 846 məntəqədə keçirilir. 685 bələdiyyənin 8 min 71 üzvü üçün 16 min 92 namizəd mübarizə aparır.

Mərkəzi Seçki Komissiyasının (MSK) məlumatına əsasən, bələdiyyə seçkilərində səsvermə hüququ olan 5 milyon 961 min 987 seçici var..

https://modern.az/aktual/504546/belediyye-sechkilerine-byuk-maraq-var/

Rəylər

0 Rəy


Rəy yaz

Oxşar xəbərlər

Şabranın mədəniyyət qoruyucuları

Gündəlik Xəbərlər
18-07-2026
594

Səkkiz bələdiyyənin yarim milyon manat  borcu var

Gündəlik Xəbərlər
08-07-2026
594

Bələdiyyə icra-münasibətlərində Masallı təcrübəsi

Gündəlik Xəbərlər
30-06-2026
790

Şuşa rayonunun demoqrafik vəziyyəti haqqında

Gündəlik Xəbərlər
09-06-2026
610

Bələdiyyələrə dotasiya nə vaxt ayrılacaq?

Gündəlik Xəbərlər
01-06-2026
819