Belediyye.info 2015-ci ilin may ayının 25-i tarixindən fəaliyyətdədir.

06-03-2025 , 09:10

2933

Son xəbərlər

Bütün xəbərlər

Ən çox oxunanlar

Bu gün Bu həftə Bu ay
Gündəlik Xəbərlər
- +

Ədliyyə naziri Şəki şəhərində qəbul keçirəcək 

Ədliyyə naziri Fərid Əhmədov 14 mart 2025-ci il tarixində Şəki şəhərində Şəki, Oğuz, Qəbələ, Qax, Zaqatala və Balakən rayon sakinlərini qəbul edəcək.

Vətəndaşlar Nazirliyin fəaliyyət istiqamətlərinə dair məsələlərlə bağlı 13 mart tarixinədək Şəki regional ədliyyə idarəsinə (ünvan: Şəki şəhəri, 20 Yanvar küçəsi 94, əlaqə telefonu: +994 24-244-43-19) müraciət edərək, habelə Ədliyyə Nazirliyinin +994 12-510-10-01 (daxili nömrə: 10941) nömrəli telefonu və contact@justice.gov.az e-poçt ünvanı vasitəsilə qəbula yazıla bilərlər.

Həmçinin vətəndaşların Nazirliyin elektron xidmətlər portalı (https://exidmet.justice.gov.az:8284/Other/Reception) vasitəsilə də qəbula yazılmaq imkanları var.

Qəbula gələn vətəndaşlardan əvvəlcədən qeydiyyatdan keçmələri və özləri ilə şəxsiyyət vəsiqəsini gətirmələri xahiş olunur.

Qəbula yazılan şəxslərə qəbulun keçiriləcəyi ünvan və saat barədə əvvəlcədən məlumat veriləcək.

#ƏdliyyəNazirliyi #VətəndaşQəbulu


Rəylər

0 Rəy


Rəy yaz

Oxşar xəbərlər

RİH-lərin bələdiyyələrə dəstəyi olarsa

Gündəlik Xəbərlər
18-10-2026
598

E-Bələdiyyə tətbiqi istifadəyə verildi

Gündəlik Xəbərlər
06-10-2026
1222

Siyasi rəhbərin ilk addımı


Gündəlik Xəbərlər
02-10-2026
750

DSMF borcunu necə "baglayaq"?

Gündəlik Xəbərlər
14-09-2026
417