Belediyye.info 2015-ci ilin may ayının 25-i tarixindən fəaliyyətdədir.

13-03-2025 , 10:34

1278

Son xəbərlər

Bütün xəbərlər

Ən çox oxunanlar

Bu gün Bu həftə Bu ay
Gündəlik Xəbərlər
- +

Tədbir Sabunçu bələdiyyə sədrlərinin iştirakı ilə keçirilib

Bakı Gənclər Mərkəzində Sabunçu Rayon İcra Hakimiyyəti başçısının müavini, Məişət zorakılığının qarşısının alınması sahəsində Monitorinq və əlaqələndirmə qrupunun sədri Rəna Vəliyeva, Sabunçu rayon bələdiyyələrinin sədrləri və Məişət zorakılığının qarşısının alınması sahəsində Monitorinq və əlaqələndirmə qrupunun üzvlərinin iştirakı ilə  Sabunçu rayonu bələdiyyələrinin nəzdində yaradılmış Gender məsələləri və məişət zorakılığı ilə mübarizəyə dair Komissiyaların fəaliyyəti barədə toplantı keçirilib.

Toplantıda Gender məsələləri və məişət zorakılığı ilə mübarizəyə dair Komissiyaların yenidən formalaşdırılması, Komissiyaların fəaliyyətinin artırılması məqsədilə əhali arasında maarifləndirmə işlərinin gücləndirilməsi, əlaqədar qurumlarla birgə rayon üzrə risk qrupuna daxil olan ailələrlə fərdi qaydada iş aparılması və qabaqlayıcı tədbirlərin görülməsi istiqamətində təkliflər dinlənildi və qarşıda duran məqsədlər müzakirə olundu.

Bildirilir ki, bələdiyyə seçkilərindən sonra yeni tərkibdə formalaşan bələdiyyələrdə komissiyalar da yenidən formalaşdırılır. Tədbirdə   Gender məsələləri və məişət zorakılığına qarşı mübarizəyə dair Komissiyaların tərkibi ilə bağlı bəzi tövsiyələr verilmiş, ötən illərdəki fəaliyyəti təhlil edilmiş və  cari il üçün olan hədəfləri müəyyənləşdirilmişdir.


Rəylər

0 Rəy


Rəy yaz

Oxşar xəbərlər

RİH-lərin bələdiyyələrə dəstəyi olarsa

Gündəlik Xəbərlər
18-10-2026
598

E-Bələdiyyə tətbiqi istifadəyə verildi

Gündəlik Xəbərlər
06-10-2026
1222

Siyasi rəhbərin ilk addımı


Gündəlik Xəbərlər
02-10-2026
750

DSMF borcunu necə "baglayaq"?

Gündəlik Xəbərlər
14-09-2026
417