Belediyye.info 2015-ci ilin may ayının 25-i tarixindən fəaliyyətdədir.

10-05-2025 , 19:46

2662

Son xəbərlər

Bütün xəbərlər

Ən çox oxunanlar

Bu gün Bu həftə Bu ay
Gündəlik Xəbərlər
- +

Bərdə regional ədliyyə idarəsinin təşkilatçılığı ilə seminar-müşavirələr keçirilib

Aprel ay ərzində Ədliyyə Nazirliyinin Bərdə regional ədliyyə idarəsinin təşkilatçılığı ilə Bərdə, Ağcabədi və Yevlax bələdiyyələrinin iştirakı ilə  seminar-müşavirələr keçirilib.

Bələdiyyə üzv və qulluqçularının hüquqi maarifləndirilməsi məqsədilə təşkil olunan seminarlarda rayonlar  üzrə yeni seçilmiş bələdiyyə üzvləri, habelə qulluqçuları iştirak ediblər.

Seminarda sonuncu bələdiyyə seçkilərinə əsasən formalaşmış bələdiyyələrin fəaliyyətinin təşkili məsələləri, vətəndaş müraciətlərinə baxılmasının hüquqi əsası və xüsusiyyətləri, bələdiyyə qərarlarının strukturu və məzmununa dair tələblər,  Azərbaycan Respublikasında 2025-ci ilin “Konstitusiya və Suverenlik İli” elan edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı,  habelə korrupsiyaya şərait yaradan hüquqpozmaların törədilməsinin qarşısının alınması məqsədilə müvafiq tədbirlərin görülməsinin zəruriliyi barədə iştirakçılara ətraflı məlumat verilib və fikir mübadiləsi aparılıb.

Sonda iştirakçıları maraqlandıran suallar cavablandırılıb.



Rəylər

0 Rəy


Rəy yaz

Oxşar xəbərlər

RİH-lərin bələdiyyələrə dəstəyi olarsa

Gündəlik Xəbərlər
18-10-2026
601

E-Bələdiyyə tətbiqi istifadəyə verildi

Gündəlik Xəbərlər
06-10-2026
1226

Siyasi rəhbərin ilk addımı


Gündəlik Xəbərlər
02-10-2026
750

DSMF borcunu necə "baglayaq"?

Gündəlik Xəbərlər
14-09-2026
417