Belediyye.info 2015-ci ilin may ayının 25-i tarixindən fəaliyyətdədir.

16-08-2025 , 00:54

1767

Son xəbərlər

Bütün xəbərlər

Ən çox oxunanlar

Bu gün Bu həftə Bu ay
Region
- +

Rauf Hüseynov:Təmiz Kənd konsepsiyasının tətbiqi üçün bələdiyyə ərazisində İntelektual İdarətmə Mərkəzinin yaradılması nəzərdə tutulub

“Quba rayonu Tüləkəran bələdiyyəsi tərəfindən bələdiyyənin inzibati ərazisinə daxil olan Tülər və Gültəpə kəndlərinin sərhədində Böyük Sürü çayının sahilində təmizlik işləri aparılıb”- bu fikirləri Belediyye.infoya adıçəkilən bələdiyyənin sədri Rauf Hüseynov deyib.

Sədr deyib ki, sakinlərin öz mal-qara və təsərrüfatlarını suvarmaq üçün istifadə etdikləri çayın mühafizə zolağına atılmış məişət tullantıları və tikinti materialları xüsusi texnika və maşınlarla ərazidın uzaqlaşdırılmışdır. Sakinlərin daimi istifadə etdikləri su hövzələrinin tullantılarla çirkəndirilmələri təəsüf hissi doğurur. Bu və bu kimi halların qarşısının alınması üçün xüsusi fəaliyyət planı hazırlanır. Yaxın aylarda bu məqsədlə Təmiz Kənd konsepsiyasının işlənilib tətbiqi üçün bələdiyyənin xüsusi strukturunun - “Xidmət mmc” sinin, kənddaxili və magistral yollara nəzarət mexanizminin təkmilləşdirlməsi üçün İntelektual İdarətmə Mərkəzinin yaradılması nəzərdə tutulub. Hazırda yaradılacaq tabeli təşkilatların hüquqi statusu və nizamnaməsinin aidiyyatı dövlət strukturlarlında qeydiyyatı və digər hüquqi prosedurlar həyata keçirilir.

Belediyye.info


Rəylər

0 Rəy


Rəy yaz

Oxşar xəbərlər