Belediyye.info 2015-ci ilin may ayının 25-i tarixindən fəaliyyətdədir.

21-08-2025 , 23:43

1727

Son xəbərlər

Bütün xəbərlər

Ən çox oxunanlar

Bu gün Bu həftə Bu ay
Region
- +

Bələdiyyə sədri: Dəvəçi kəndində məhəllədaxili yolda bərpa işləri həyata keçirilib

“Şabran rayonun Dəvəçikənd kəndində məhəlləarası yollarda bərpa və abadlıq işləri aparılıb”- bu barədə Belediyye.infoya məlumatı Şabran bələdiyyəsinin sədri Fidan Fərzəliyeva bildirib.

Sədr bildirib ki, icra olunan işlər çərçivəsində yollarda zədələnmiş və hərəkətə çətinlik yaradan hissələr təmir edilib, yol səthində hamarlama işləri görülüb. Bu tədbirlər nəticəsində kənd sakinlərinin gediş-gəlişi daha rahat və təhlükəsiz olub.

Açıqlamasında sədr daha sonra qeyd edib ki, yol infrastrukturunun yaxşılaşdırılması kənd əhalisinin gündəlik məişət şəraitində mühüm rol oynayır. Xüsusən də kənd təsərrüfatı ilə məşğul olan sakinlərin məhsullarını rahatlıqla bazara çıxarması, təhsil alan şagirdlərin, işə gedən vətəndaşların sərbəst hərəkəti üçün bu cür bərpa işləri böyük əhəmiyyət kəsb edir.

Sədr bildirib ki, bələdiyyə olaraq əsas məqsədimiz kəndlərimizdə mövcud problemlərin həllinə nail olmaq, infrastrukturun gücləndirilməsi ilə əhalinin rifahına xidmət göstərməkdir. Bu istiqamətdə görülən işlər davam etdiriləcək və kəndlərimizin inkişafı üçün bütün imkanlardan istifadə olunacaq.

Qeyd edək ki, yaxın günlərdə digər kəndlərdə də yol bərpa və abadlıq işlərinin aparılması nəzərdə tutulur.

Rəylər

0 Rəy


Rəy yaz

Oxşar xəbərlər