Belediyye.info 2015-ci ilin may ayının 25-i tarixindən fəaliyyətdədir.

17-04-2026 , 09:54

191

Son xəbərlər

Bütün xəbərlər

Ən çox oxunanlar

Bu gün Bu həftə Bu ay
Region
- +

İsmayıllı bələdiyyələrinin mülkiyyətinin özgəninkiləşdirilməsindən daxil olan gəlirlərin həcmi   88.5 faiz azalıb 

Hansı orqan İsmayıllı bələdiyyələrinə mülkiyyətin özgəninkiləşdirlməsinə mane olur?

Dövlət Statistika Komitəsindən Belediyye.infoya daxil olan məlumata görə, 2025-ci ildə İsmayıllı rayonunda formalaşan  11 bələdiyyənin büdcə gəliri 478.200  manat olub. Bu 2024-ci illə müqayisədə 20.3 faiz azdır.  Qeyd edək ki, 2024-cü ildə  34 İsamyıllı  bələdiyyəsinin büdcə gəlirinin həcmi 680.300 manat olumuşdur.

Əldə edilən gəlirin 51.8 faizi vergilərdən, 48.2 faizi isə rüsumlardan olub. Büdcə gəlirinin 31.8 faizi torpaq, 20 faizi əmlak vergisindən daxil olub.

İsmayıllı bələdiyyələrinin büdcə gəlirinin 29.7 faizi bələdiyyə əmlakının özgəninkiləşdirilməsindən, icarəsindən və istifadəyə verilməsindən daxil olub.

İsmayıllı bələdiyyələrinə mülkiyyətin özgəninkiləşdirilməsindən  16.600 manatlıq vəsait daxil olub. Bu da ötən illə müqayisədə 88.5 faiz az deməkdir. Ümumi büdcə gəlirlərinin 3.5 faizi məhz bu istiqamətdən daxil olub. 2024 -cü ildə bu rəqəm ümumi büdcə gəlirinin 24 faizini təşkil etmişdi. İl ərzində Qəbələ bələdiyyələrinə 68 min manat dotasiya ayrılıb.

İsmayıllı bələdiyyələrinin bələdiyyə əmlakının icarəyə və istifadəyə verilməsindən daxil olan gəlirlərin həcmi 11.4 faiz azalıb. 

Belə ki, il ərzində bu maliyyə istiqamətindən bələdiyyə büdcəsinə 125.500 manat maliyyə vəsaiti daxil olub. İl ərzində avtodayanacaqlardan 500 manat vəsait daxil olub.

İsmayıllı bələdiyələrinə bələdiyyə müəssisələrinin mənfəət vergisindən, daşınmaz əmlak üzərində reklam daşıyıcısının yerləşdirilməsindən, mehmanxana, turizm, kurort-sanatoriya xidmətlərindən, bələdiyyələr tərəfindən xüsusi ayrılmış torpaq sahələrində stasionar  və ya səyyar ticarətdən hər hansı vergi və rüsüm daxil olmayıb.

Göründüyü kimi, İsmayıllı rayonunda formalaşan 11 bələdiyyənin həm ümumi büdcə gəlirlərində, həm də bələdiyyə mülkiyyətinin özgənünküləşdirilmsəində ciddi şəkildə azalma müşahidə olunub. Təhlillər göstərir ki, bu azalmada Əmlak Məsələləri Dövlət Xidmətinin yerli qurumlarının “xidməti”  az deyil.

Belediyye.info

Rəylər

0 Rəy


Rəy yaz

Oxşar xəbərlər

Bələdiyə sədri qəbul keçirib

Region
05-04-2026
486