İsmayıllı bələdiyyələrinin mülkiyyətinin özgəninkiləşdirilməsindən daxil olan gəlirlərin həcmi 88.5 faiz azalıb
Hansı
orqan İsmayıllı bələdiyyələrinə mülkiyyətin özgəninkiləşdirlməsinə mane olur?
Dövlət Statistika Komitəsindən Belediyye.infoya daxil olan məlumata görə, 2025-ci ildə İsmayıllı rayonunda formalaşan 11 bələdiyyənin büdcə gəliri 478.200 manat olub. Bu 2024-ci illə müqayisədə 20.3 faiz azdır. Qeyd edək ki, 2024-cü ildə 34 İsamyıllı bələdiyyəsinin büdcə gəlirinin həcmi 680.300 manat olumuşdur.
Əldə edilən
gəlirin 51.8 faizi vergilərdən, 48.2 faizi isə rüsumlardan olub. Büdcə gəlirinin
31.8 faizi torpaq, 20 faizi əmlak vergisindən daxil olub.
İsmayıllı bələdiyyələrinin
büdcə gəlirinin 29.7 faizi bələdiyyə əmlakının özgəninkiləşdirilməsindən, icarəsindən
və istifadəyə verilməsindən daxil olub.
İsmayıllı
bələdiyyələrinə mülkiyyətin özgəninkiləşdirilməsindən 16.600 manatlıq vəsait daxil olub. Bu da ötən
illə müqayisədə 88.5 faiz az deməkdir. Ümumi büdcə gəlirlərinin 3.5 faizi məhz
bu istiqamətdən daxil olub. 2024 -cü ildə bu rəqəm ümumi büdcə gəlirinin 24
faizini təşkil etmişdi. İl ərzində Qəbələ bələdiyyələrinə 68 min manat dotasiya
ayrılıb.
İsmayıllı bələdiyyələrinin
bələdiyyə əmlakının icarəyə və istifadəyə verilməsindən daxil olan gəlirlərin həcmi
11.4 faiz azalıb.
Belə ki,
il ərzində bu maliyyə istiqamətindən bələdiyyə büdcəsinə 125.500 manat maliyyə
vəsaiti daxil olub. İl ərzində avtodayanacaqlardan 500 manat vəsait daxil olub.
İsmayıllı bələdiyələrinə
bələdiyyə müəssisələrinin mənfəət vergisindən, daşınmaz əmlak üzərində reklam
daşıyıcısının yerləşdirilməsindən, mehmanxana, turizm, kurort-sanatoriya xidmətlərindən,
bələdiyyələr tərəfindən xüsusi ayrılmış torpaq sahələrində stasionar və ya səyyar ticarətdən hər hansı vergi və
rüsüm daxil olmayıb.
Göründüyü
kimi, İsmayıllı rayonunda formalaşan 11 bələdiyyənin həm ümumi büdcə gəlirlərində,
həm də bələdiyyə mülkiyyətinin özgənünküləşdirilmsəində ciddi şəkildə azalma
müşahidə olunub. Təhlillər göstərir ki, bu azalmada Əmlak Məsələləri Dövlət Xidmətinin
yerli qurumlarının “xidməti” az deyil.
Belediyye.info
Rəylər
0 Rəy