Belediyye.info 2015-ci ilin may ayının 25-i tarixindən fəaliyyətdədir.

26-07-2026 , 12:11

201

Son xəbərlər

Bütün xəbərlər

Ən çox oxunanlar

Bu gün Bu həftə Bu ay
Region
- +

Atabala Şeydayev: “Bələdiyyə Zeyvə kəndindən Əmbir gölünə gedən yolların bərpasını həyata keçirmişdir”

“Pirəbədil bələdiyyəsi əldə etdiyi büdcə gəlirlərini inzibati ərazi daxilində  sakinləri narahat edən məsələlərin həllinə yönəldir” – bu fikirləri Belediyye.infoya adıçəkilən bələdiyyənin sədri Atabala Şeydayev deyib.

Sədr qeyd edib ki, son aylarda yağan güclü yağışın yaratdığı fəsadları aradan qaldırmaq üçün  bələdiyyə tərəfindən ciddi layihələr davam etdirilir.  Sədr bildirib ki, bələdiyyənin inzibati ərazisinə aid Zeyvə kəndindən Əmbir gölünə, Şəlaləyə gedən yolların bərpası həyata keçirilmişdir. 

Sədr qeyd edib ki, güclü sel həmin ərazidən keçən yolları dağıtmış, yolları keçilməz etmiş və sakinlərdə, habelə Əmbir gölünü və şəlaləni  ziyarət etmək niyyətində olan turistlərdə narahatlıq yaratmışdı.

Sakinlərin müraciəti  bələdiyyə iclasında müzakirəyə çıxarılaraq problemin həlli ilə bağlı qərar qəbul edilimişdir.  Artıq uzun müddətdir ki, bələdiyyənin təşkilatçılığı ilə ərazidə təmir bərpa işləri həyata keçirilməkdədir. Layihənin yaxın günlərdə yekunlaşdırılacağı nəzərdə tutulub. 

Sədr qeyd edib ki, Pirəbədil bələdiyyəsinin kollektivi  bundan sonra da ərazidə  vətəndaş məmnunluğunu təmin etmək üçün var qüvvəsi ilə çalışacaqdır.  

Xatırladaq ki, Pirəbədil bələdiyyəsi  irili-xırdalı 38 kəndi əhatə edir. Hazırda bələdiyyənin ərazisində 10 min nəfərdən artıq sakin yaşayır.

Belediyye.info



Rəylər

0 Rəy


Rəy yaz

Oxşar xəbərlər

Sədr qəbul keçirib

Region
12-06-2026
1001