Atabala Şeydayev: “Bələdiyyə Zeyvə kəndindən Əmbir gölünə gedən yolların bərpasını həyata keçirmişdir”
“Pirəbədil bələdiyyəsi əldə etdiyi büdcə gəlirlərini inzibati ərazi daxilində sakinləri narahat edən məsələlərin həllinə yönəldir” – bu fikirləri Belediyye.infoya adıçəkilən bələdiyyənin sədri Atabala Şeydayev deyib.
Sədr qeyd edib ki, son aylarda yağan güclü yağışın yaratdığı
fəsadları aradan qaldırmaq üçün bələdiyyə
tərəfindən ciddi layihələr davam etdirilir.
Sədr bildirib ki, bələdiyyənin inzibati ərazisinə aid Zeyvə kəndindən
Əmbir gölünə, Şəlaləyə gedən yolların bərpası həyata keçirilmişdir.
Sədr qeyd edib ki, güclü sel həmin ərazidən keçən yolları
dağıtmış, yolları keçilməz etmiş və sakinlərdə, habelə Əmbir gölünü və şəlaləni
ziyarət etmək niyyətində olan turistlərdə
narahatlıq yaratmışdı.
Sakinlərin müraciəti bələdiyyə
iclasında müzakirəyə çıxarılaraq problemin həlli ilə bağlı qərar qəbul
edilimişdir. Artıq uzun müddətdir ki, bələdiyyənin
təşkilatçılığı ilə ərazidə təmir bərpa işləri həyata keçirilməkdədir. Layihənin yaxın günlərdə yekunlaşdırılacağı nəzərdə tutulub.
Sədr qeyd edib ki, Pirəbədil bələdiyyəsinin kollektivi bundan sonra da ərazidə vətəndaş məmnunluğunu təmin etmək üçün var qüvvəsi ilə çalışacaqdır.
Xatırladaq ki, Pirəbədil bələdiyyəsi irili-xırdalı 38 kəndi əhatə edir. Hazırda bələdiyyənin ərazisində 10 min nəfərdən artıq sakin yaşayır.
Belediyye.info
Rəylər
0 Rəy