Belediyye.info 2015-ci ilin may ayının 25-i tarixindən fəaliyyətdədir.

28-07-2026 , 00:11

57

Son xəbərlər

Bütün xəbərlər

Ən çox oxunanlar

Bu gün Bu həftə Bu ay
Region
- +

Zeynəlabdin Zeynalov: “Yeddioymaq bələdiyyəsi daim ərazidə olan şəhid və qazi ailələrinə diqqəti əsirgəmir”

“Hər bir bələdiyyə vətən uğrunda şəhid adını uca tutmalı və bu adın yaşaması üçün addım atmalıdır”- bu fikirləri Masallı rayonu, Yeddioymaq bələdiyyəsinin sədri Zeynəlabdin  Zeynəlov deyib.

Sədrin sözlərinə görə, bələdiyyə iclasının qərarı ilə Yeddioymaq bələdiyyəsinininzibati ərazisinə daxil olan Şıxlar kəndində şəhid Telman Mirzə oğlu Hüseynov adını daşıyan küçənin 600 metrdən artıq hissəsində cari təmir  işləri ilə yanaşı, həmçinin küçədə təmizlik işləri aparılmışdır.

Sədr qeyd edib ki, Yeddioymaq bələdiyyəsi daim ərazidə olan şəhid və qazi ailələrinə diqqəti əsirgəmir. Mütəmadi olaraq keçirilən görüşlərdə qaldırılan məsələlərə müsbət yanaşılır, bələdiyyədən asılı olan məsələlər dərhal öz həllini tapır.

Əlavə edək ki, 2025-ci ilin yanvarında keçirilən bələdiyyə seçkilərində  Şıxlar bələdiyyəsinin  Yeddioymaq bələdiyyəsinə birləşdirilməsindən sonra bələdiyyənin inzibati ərazisinə Birinci Yeddioymaq, İkinci Yeddioymaq, Qasımlı və Şıxlar kəndləri daxil olub.

Belediyye.info

 

 

Rəylər

0 Rəy


Rəy yaz

Oxşar xəbərlər