Pirəbədil bələdiyyəsi kəndlərarası yolların təmirini davam etdirir
Pirəbədil bələdiyyəsi inzibati ərazisinə daxil olan kəndlərdə yol infrastrukturunun yaxşılaşdırılması, sakinlərin rahat və təhlükəsiz hərəkətinin təmin edilməsi istiqamətində işləri davam etdirir.
Bu barədə
məlumatı Belediyye.infoya qeyd edən adıçəkilən bələdiyyənin sədri Atabala Şeydayev
deyib ki, bu çərçivədə İzmara, Xəlfələr və Yelkəsən kəndlərində kəndlərarası
yolların təmiri işləri həyata keçirilib. Görülən işlərin əsas məqsədi
yolların mövcud vəziyyətini yaxşılaşdırmaq, gediş-gəlişi asanlaşdırmaq və
sakinlərin gündəlik nəqliyyat ehtiyaclarının daha rahat şəkildə qarşılanmasına
şərait yaratmaqdır.
Bununla yanaşı, ərazidə nəqliyyat əlaqələrinin
yaxşılaşdırılması və sakinlərin hərəkət imkanlarının genişləndirilməsi məqsədilə
alternativ yolun çəkilməsi də həyata keçirilib. Bu addım kəndlər arasında əlaqələrin
daha əlverişli təşkilinə və yol infrastrukturunun inkişafına töhfə vermək məqsədi
daşıyır.
Pirəbədil bələdiyyəsi kəndlərdə yol infrastrukturunun
yaxşılaşdırılmasını və əhalinin qarşılaşdığı problemlərin aradan qaldırılmasını
diqqətdə saxlayır. Bu istiqamətdə həyata keçirilən tədbirlər kənd sakinlərinin
rahatlığının təmin olunmasına, kəndlərarası əlaqələrin gücləndirilməsinə və ərazinin
ümumi infrastrukturunun inkişafına xidmət edir.
Belediyye.info
Rəylər
0 Rəy