Belediyye.info 2015-ci ilin may ayının 25-i tarixindən fəaliyyətdədir.

20-09-2026 , 22:07

100

Son xəbərlər

Bütün xəbərlər

Ən çox oxunanlar

Bu gün Bu həftə Bu ay
Region
- +

Firdövsi Calalov: “Bu gün Masazır bələdiyyəsinin əsas məqsədi…”

“Vətəndaş məmnunluğunun təmin edilməsi, sakinlərin müraciətlərinə operativ və diqqətli yanaşılması Masazır bələdiyyəsinin əsas fəaliyyət istiqamətlərindən biridir”- bu fikirləri Belediyye.infoya Abşeron rayonu, Masazır bələdiyyəsinin sədri Firdövsi Calalov deyib.

Sədr qeyd edib ki, daim bələdiyyə tərəfindən sakinlərin  hər bir müraciəti və təklifləri dinlənilir, qaldırılan məsələlərin həlli üçün aidiyyəti istiqamətlər üzrə tədbirlər görülür.

Bələdiyyə iclaslarında daim vətəndaşlarla birbaşa ünsiyyətin gücləndirilməsi, onların problem və ehtiyaclarının öyrənilməsi müzakirə edilir və  icrası barədə qərarlar qəbul edilir. Bu addımın atılması hər bir  bələdiyyə fəaliyyətində xüsusi əhəmiyyət daşımalıdır.

Sədr bildirib ki, Masazır sakinlərinin rahatlığının və yaşayış şəraitinin yaxşılaşdırılması məqsədilə abadlıq, əraziyə xidmət, sosial məsələlər və digər yerli əhəmiyyətli istiqamətlər üzrə işlərin davamlı şəkildə həyata keçirilməkdədir.

Bu gün Masazır bələdiyyəsinin əsas məqsədi sakinlərlə qarşılıqlı etimad və əməkdaşlıq şəraitində fəaliyyət göstərmək, vətəndaş müraciətlərinə həssas yanaşmaq və görülən işlərin nəticəsini cəmiyyətə açıq şəkildə təqdim etməkdir.

Firdövsi Calalov deyib ki, bu gün 2025-ci ilin yanvarında keçirilən bələdiyyə seçkilərində formalaşan Masazır bələdiyyəsini əvvəlki illərdə fəaliyyətdə olan bələdiyyədən fərqli məqam bu günkü kollektivin  sakinlərin səsini açıq və şəffaf şəkildə dinləyən, müraciətlərə diqqətlə yanaşan və vətəndaş məmnunluğunu fəaliyyətinin əsas prinsiplərindən biri kimi qəbul edən yerli özünüidarəetmə qurumudur. Odur ki, bütün fəaliyyətimizlə bizə göstərilən etimadı doğrultmağa çalışırıq.

Belediyye.info

Rəylər

0 Rəy


Rəy yaz

Oxşar xəbərlər