Belediyye.info 2015-ci ilin may ayının 25-i tarixindən fəaliyyətdədir.

21-04-2025 , 22:36

3080

Son xəbərlər

Bütün xəbərlər

Ən çox oxunanlar

Bu gün Bu həftə Bu ay
Region
- +

Mingəçevir bələdiyyəsində növbəti vətəndaş qəbulu keçirilib


“Vətəndaşlarla görüşlərdə onların qaldırdığı məsələlərin hər biri gələcəkdə  bələdiyyə  iclasında müzakirəyə çıxarılır və həlli yolları müəyyən edilir”- bu fikirləri Mingəçevir bələdiyyəsinin sədri Anar İsmayılov  vətəndaşlarla keçirdiyi növbəti görüşdə deyib.

Sədrin sözlərinə görə, aprelin 21-də Mingəçevir bələdiyyəsində sədr, üzv və qulluqçuların iştirakı ilə vətəndaşlarla növbəti qəbulu keçirilib.

Görüşdə sakinlər əsasən yol infrastrukturunun yaxşılaşdırılması, sahibkarlıq fəaliyyəti üçün yer ayrılması ilə bağlı müraciətlər ediblər.

Sədr qeyd edib ki, hər bir müraciət diqqətlə dinlənilib, operativ həll üçün komissiya sədrlərinə və şöbə müdirlərinə müvafiq tapşırıq və tövsiyələr verilib.

Belediyye.info


Rəylər

0 Rəy


Rəy yaz

Oxşar xəbərlər

Bələdiyə sədri qəbul keçirib

Region
05-04-2026
572