Belediyye.info 2015-ci ilin may ayının 25-i tarixindən fəaliyyətdədir.

07-06-2026 , 23:46

121

Son xəbərlər

Bütün xəbərlər

Ən çox oxunanlar

Bu gün Bu həftə Bu ay
Region
- +

Son iki ildə bu rayon bələdiyyələrinə mehmanxana rüsumu daxil olmayıb

Dövlət Statistika Komitəsindən Belediyye.infoya daxil olan məlumata görə, 2025-ci ildə Ağsu  rayonunda formalaşan  10  bələdiyyənin büdcə gəliri 384.600 manat olub. Bu 2024-cü illə müqayisədə cəmi 5.2 faiz az deməkdir. 2024 cü ildə 31 bələdiyyənin büdcə gəliri  405.600 manat olmuşdu.

Əldə edilən gəlirin 35.2  faizi vergilərdən, 64.8  faizi isə rüsumlardan olub. Büdcə gəlirinin 30.6 faizi torpaq, 4.5 faizi əmlak vergisindən daxil olub. Ağsu bələdiyyələrinin büdcə gəlirinin 48.2  faizi bələdiyyə əmlakının özgəninkiləşdirilməsindən, icarəsindən və istifadəyə verilməsindən daxil olub.

Bələdiyyə əmlakının özgəninkiləşdirilməsindən daxil olan vəsaitin həcmi  2024-cü illə müqayisədə 28.3 faiz azalıb.  

Bələdiyyələr tərəfindən xüsusi ayrılmış torpaq sahələrində stasionar  və ya səyyar ticarətdən daxil olan ödənişin həcmi 800 manat vəsait daxil olub.

Maraqlıdır ki, bələdiyyə büdcəsinə mehmanxana, tuizm, kurort-sanatoriya xidmətlərindən 2023-cü ildə 16.400 manat vəsait daxil olsa da, 2024 və 2025-ci illərdə bələdiyyə büdcəsinə bu istiqamətdən hər hansı vəsati daxil olmayıb.

Ötən il Ağsu bələdiyyələrinə 63.000 manat dotasiya ayrılıb.

2025 -ci ildə daşınmaz əmlak üzərində reklam daşıyıcısının yerləşdirilməsindən və  avtodayanacaqlardan Agsu bələdiyyələrinin  büdcəsinə maliyyə vəsaiti daxil olmayıb.

Belediyye.info

Rəylər

0 Rəy


Rəy yaz

Oxşar xəbərlər