Belediyye.info 2015-ci ilin may ayının 25-i tarixindən fəaliyyətdədir.

27-05-2026 , 22:32

29

Son xəbərlər

Bütün xəbərlər

Ən çox oxunanlar

Bu gün Bu həftə Bu ay
Azərbaycan Bələdiyyələri
- +

Mingəçevir bələdiyyəsi Qurban bayramında sosial aksiya həyata keçirdi

Müqəddəs Qurban bayramı münasibətilə Mingəçevir bələdiyyəsi tərəfindən növbəti sosial aksiya həyata keçirilib. Bayram günlərində bələdiyyənin təşkilatçılığı ilə şəhərdə yaşayan aztəminatlı və sosial qayğıya ehtiyacı olan 130 ailəyə qurban payları çatdırılıb.

 Qurban payları bələdiyyə əməkdaşları tərəfindən ünvanlara çatdırılaraq ailələrin bayram sevincinə töhfə verilib.

Mingəçevir bələdiyyəsindən bildirilib ki, milli-mənəvi dəyərlərin qorunması, ehtiyacı olan insanlara diqqət və qayğının göstərilməsi əsas fəaliyyət istiqamətlərindən biridir. Qeyd olunub ki, bu kimi sosial aksiyalar gələcəkdə də davam etdiriləcək.

Şəhər sakinləri göstərilən diqqət və qayğıya görə Mingəçevir bələdiyyəsinə minnətdarlıqlarını ifadə ediblər.

 Mingəçevir bələdiyyəsi 

  

Rəylər

0 Rəy


Rəy yaz