Belediyye.info 2015-ci ilin may ayının 25-i tarixindən fəaliyyətdədir.

08-01-2026 , 15:45

1089

Son xəbərlər

Bütün xəbərlər

Ən çox oxunanlar

Bu gün Bu həftə Bu ay
Bakı
- +

Seymur Həsənov: “Əmlak vergisi büdcə daxilolmalarının 92 faizini təşkil edib”

“Bu gün əsas vəzifəmiz büdcə gəlirlərini maksimum dərəcədə artırmaqdır. Bunun üçün bələdiyyənin vergi xidməti bütün imkanlardan istifadə edir”- bu fikirləri Belediyye.infoya Səbail rayonu Badamdar bələdiyyəsinin sədri Seymur Həsənov deyib.

Sədr qeyd edib ki,  bu il 26.8 faizlik artıma nail olmağımız  bizi qane etmir.

Sədrdaha sonra  əlavə edib ki, 2024-cü ildə 491.594 manata qarşı, 2025-ci ildə 623.427  manat büdcə gəlirimiz olub. Əldə etdiyimiz vəsaitin 577.520 manatı əmlak vergisindən daxil olub ki, bu da ümimi rəqəmin 92  fazini təşkil edir.

Nəzərə alaq ki, bələdiyyə vergilərində müəyyən edilən rüsumların həcmi son 25 il ərzində dəyişməmiş qalmışdır. Bununla yanaşı ərazimizdə sənədsiz əmlakın olması da müəyyən problem yaratmaqdadır.

Ötən il əldə etdiyimiz daha bir uğurumuz mehmanxana rüsumlarının həcminin artması ilə bağlı olub. Belə ki, bu rəqəm 2024-ci ildə  4.261 manat olduğu halda, ötən il 14.239 manat olub ki, bu da 3.3 dəfəlik artım deməkdir.

Cari ildə hədəfimiz 700 min manatdır. Bunun üçün bələdiyyənin vergi xidməti təkmillləşdirilmiş BAMS sisteminin verdiyi imkanlardan yararlanmaqla yanaşı, həm də vergi ödəyiciləri ilə davamlı görüşləri keçirməklə hədəfə doğru addım atmaqdadır. Bütün bunlarla yanaşı bələdiyyə cari ildə dayanıqlı maliyyə mənbəyi yaratmağı da düşünür.

Belediyye.info  

Rəylər

0 Rəy


Rəy yaz

Oxşar xəbərlər

Bu gün onun günüdür
Bakı
23-02-2026
723