Seymur Həsənov: “Əmlak vergisi büdcə daxilolmalarının 92 faizini təşkil edib”
“Bu gün əsas vəzifəmiz büdcə gəlirlərini maksimum dərəcədə artırmaqdır. Bunun üçün bələdiyyənin vergi xidməti bütün imkanlardan istifadə edir”- bu fikirləri Belediyye.infoya Səbail rayonu Badamdar bələdiyyəsinin sədri Seymur Həsənov deyib.
Sədr
qeyd edib ki, bu il 26.8 faizlik artıma
nail olmağımız bizi qane etmir.
Sədrdaha
sonra əlavə edib ki, 2024-cü ildə 491.594
manata qarşı, 2025-ci ildə 623.427 manat
büdcə gəlirimiz olub. Əldə etdiyimiz vəsaitin 577.520 manatı əmlak vergisindən
daxil olub ki, bu da ümimi rəqəmin 92
fazini təşkil edir.
Nəzərə
alaq ki, bələdiyyə vergilərində müəyyən edilən rüsumların həcmi son 25 il ərzində
dəyişməmiş qalmışdır. Bununla yanaşı ərazimizdə sənədsiz əmlakın olması da müəyyən
problem yaratmaqdadır.
Ötən
il əldə etdiyimiz daha bir uğurumuz mehmanxana rüsumlarının həcminin artması ilə
bağlı olub. Belə ki, bu rəqəm 2024-ci ildə 4.261 manat olduğu halda, ötən il 14.239 manat
olub ki, bu da 3.3 dəfəlik artım deməkdir.
Cari ildə hədəfimiz 700 min manatdır. Bunun üçün bələdiyyənin vergi xidməti təkmillləşdirilmiş BAMS sisteminin verdiyi imkanlardan yararlanmaqla yanaşı, həm də vergi ödəyiciləri ilə davamlı görüşləri keçirməklə hədəfə doğru addım atmaqdadır. Bütün bunlarla yanaşı bələdiyyə cari ildə dayanıqlı maliyyə mənbəyi yaratmağı da düşünür.
Belediyye.info
Rəylər
0 Rəy