Belediyye.info 2015-ci ilin may ayının 25-i tarixindən fəaliyyətdədir.

05-05-2026 , 21:04

139

Son xəbərlər

Bütün xəbərlər

Ən çox oxunanlar

Bu gün Bu həftə Bu ay
Bakı
- +

Mürsəl Eminov:  “Bələdiyyənin vergi xidməti  bütün istiqamətlərdə ciddi irəliləyişə nail ola bilib”


 “Ötən ilin aprel ayı ilə müqayisədə cari ilin aprel ayında büdcə gəlirlərində 19 faizlik artım müşahidə olunub. Bu isə bütovlükdə 12.640 manat deməkdir”- bu fikirləri Belediyye.infoya  Binəqədi bələdiyyəsinin sədri Mürsəl Eminov deyib.

Sədr qeyd edib ki, bələdiyyənin vergi xidmətinin sistemli fəaliyyəti sayəsində ay ərzində həm ödəyicilərin həcmində, həm də büdcə gəlirlərində artım müşahidə olunub.

Belə ki, 2025-ci ilin aprelində 1.566 vergi ödəyicisinin ödədiyi vergi və rüsumun həcmi  63.823 manat olmuşdursa, cari ilə 2.074 vergi ödəyicisinin ödədiyi vergi və rüsumun həcmi

76.463 manata bərabər olub.

Büdcə gəlirlərinin istiqamətinə toxunan sədr qeyd edib ki, ötən ilin aprelində əldə edilən vəsaitin 4.670 manatı torpaq vergisindən, 50.701 manatı əmlak vergisindən, bələdiyyə mülkiyyətinin icarəsindən 8.180 manat, 261 manatı isə mehmanxana rüsumlarından daxil olub.

Cari  ilin aprelində isə  əldə edilən vəsaitin 5.337 manatı torpaq vergisindən, 66.339 manatı əmlak vergisindən, bələdiyyə mülkiyyətinin icarəsindən 4.416 manat, 370 manatı isə mehmanxana rüsumlarından daxil olub.

Göründüyü kimi, bələdiyyənin vergi xidməti  bütün istiqamətlərdə ciddi irəliləyişə nail ola bilib. Ancaq fikrimiz daha böyük hədəflərə çatmaqdır. Əldə etdiyimiz maliyyə vəsaiti sonda seçicilərin qaldırdığı problemlərin həllinə yönəldilir.

Hazırda vergi xidməti vergi uçot-sistemini təkmilləşdirməklə yanaşı, mövcud boşluqları aradan qaldırmağa çalışır.

Belediyye.info

Rəylər

0 Rəy


Rəy yaz

Oxşar xəbərlər