Mürsəl Eminov: “Bələdiyyənin vergi xidməti bütün istiqamətlərdə ciddi irəliləyişə nail ola bilib”
“Ötən ilin aprel ayı ilə müqayisədə cari ilin aprel ayında büdcə gəlirlərində 19 faizlik artım müşahidə olunub. Bu isə bütovlükdə 12.640 manat deməkdir”- bu fikirləri Belediyye.infoya Binəqədi bələdiyyəsinin sədri Mürsəl Eminov deyib.
Sədr qeyd edib ki, bələdiyyənin vergi xidmətinin sistemli fəaliyyəti
sayəsində ay ərzində həm ödəyicilərin həcmində, həm də büdcə gəlirlərində artım
müşahidə olunub.
Belə ki, 2025-ci ilin aprelində 1.566 vergi ödəyicisinin ödədiyi
vergi və rüsumun həcmi 63.823 manat olmuşdursa,
cari ilə 2.074 vergi ödəyicisinin ödədiyi vergi və rüsumun həcmi
76.463 manata bərabər olub.
Büdcə gəlirlərinin istiqamətinə toxunan sədr qeyd edib ki,
ötən ilin aprelində əldə edilən vəsaitin 4.670 manatı torpaq vergisindən, 50.701
manatı əmlak vergisindən, bələdiyyə mülkiyyətinin icarəsindən 8.180 manat, 261 manatı
isə mehmanxana rüsumlarından daxil olub.
Cari ilin aprelində
isə əldə edilən vəsaitin 5.337 manatı torpaq
vergisindən, 66.339 manatı əmlak vergisindən, bələdiyyə mülkiyyətinin icarəsindən
4.416 manat, 370 manatı isə mehmanxana rüsumlarından daxil olub.
Göründüyü kimi, bələdiyyənin vergi xidməti bütün istiqamətlərdə ciddi irəliləyişə nail
ola bilib. Ancaq fikrimiz daha böyük hədəflərə çatmaqdır. Əldə etdiyimiz maliyyə
vəsaiti sonda seçicilərin qaldırdığı problemlərin həllinə yönəldilir.
Hazırda vergi xidməti vergi uçot-sistemini təkmilləşdirməklə
yanaşı, mövcud boşluqları aradan qaldırmağa çalışır.
Belediyye.info
Rəylər
0 Rəy