Belediyye.info 2015-ci ilin may ayının 25-i tarixindən fəaliyyətdədir.

10-05-2026 , 00:25

81

Ən çox oxunanlar

Bu gün Bu həftə Bu ay
Bakı
- +

Əziz Zeynalov: “Mehmanxana xidmətlərindən daxil olan ödənişin həcmi 76 faiz artıb”

“Ötən ilin aprel ayı ilə müqayisədə cari ilin aprelində  bələdiyyənin əsas maliyyə istiqamətlərindən biri olan mehmanxana, turizm, kurort-sanatoriya xidmətlərindən daxil olan ödənişin həcmi 76 faiz artıb. Belə ki, ötən il aprelində bu rəqəm 29.388 manat təşkil edirdisə, cari ilin aprelində artıq 39.038 manat təşkil edib”- bu fikirləri Belediyye.infoya Nəsimi bələdiyyəsinin sədri Əziz Zeynalov deyib.

Sədr bir məqamı da xüsusi olaraq vurğulayıb ki, ötən il Nəsimi bələdiyyəsinin büdcəsinə mehmanxana, turizm, kurort-sanatoriya xidmətlərindən daxil olan ödənişin həcmi ölkə üzrə əldə olunan vəsaitin 16 faizini, Bakı bələdiyyələri üzrə isə  20 faizini təşkil edib.

Mehmanxana, turizm, kurort-sanatoriya xidmətlərindən daxil olan ödənişlərinin ümumi büdcə gəlirində tutduğu yer ötən ilin aprelində 15 faiz idisə, cari ilin aprelində bu rəqəm 18 faizə çatıb.

Mehmanxana xidmətlərindən daxil olan ödənişin həcminin  bu səviyyədə artması əsasən bələdiyyənin vergi xidmətinin sistemli şəkildə fəaliyyəti ilə bağlıdır.

Sədr sonda qeyd edib ki, əldə onunan vəsait nəticə etibari ilə rayonda vətəndaş məmnunluğunun təmin edilməsinə yönəldilir.

Belediyye.info

Rəylər

0 Rəy


Rəy yaz

Oxşar xəbərlər

Bu gün onun günüdür

Bakı
07-05-2026
725