Əziz Zeynalov: “Mehmanxana xidmətlərindən daxil olan ödənişin həcmi 76 faiz artıb”
“Ötən ilin aprel ayı ilə müqayisədə cari ilin aprelində bələdiyyənin əsas maliyyə istiqamətlərindən biri olan mehmanxana, turizm, kurort-sanatoriya xidmətlərindən daxil olan ödənişin həcmi 76 faiz artıb. Belə ki, ötən il aprelində bu rəqəm 29.388 manat təşkil edirdisə, cari ilin aprelində artıq 39.038 manat təşkil edib”- bu fikirləri Belediyye.infoya Nəsimi bələdiyyəsinin sədri Əziz Zeynalov deyib.
Sədr bir məqamı da xüsusi olaraq vurğulayıb
ki, ötən il Nəsimi bələdiyyəsinin büdcəsinə mehmanxana, turizm,
kurort-sanatoriya xidmətlərindən daxil olan ödənişin həcmi ölkə üzrə əldə
olunan vəsaitin 16 faizini, Bakı bələdiyyələri üzrə isə 20 faizini təşkil
edib.
Mehmanxana, turizm, kurort-sanatoriya xidmətlərindən
daxil olan ödənişlərinin ümumi büdcə gəlirində tutduğu yer ötən ilin aprelində 15
faiz idisə, cari ilin aprelində bu rəqəm 18 faizə çatıb.
Mehmanxana xidmətlərindən daxil olan ödənişin
həcminin bu səviyyədə artması əsasən bələdiyyənin
vergi xidmətinin sistemli şəkildə fəaliyyəti ilə bağlıdır.
Sədr sonda qeyd edib ki, əldə onunan vəsait nəticə etibari ilə rayonda vətəndaş məmnunluğunun təmin edilməsinə yönəldilir.
Belediyye.info
Rəylər
0 Rəy