Belediyye.info 2015-ci ilin may ayının 25-i tarixindən fəaliyyətdədir.

07-03-2026 , 00:02

113

Son xəbərlər

Bütün xəbərlər

Ən çox oxunanlar

Bu gün Bu həftə Bu ay
Bakı
- +

Ağacəkmə aksiyası bələdiyyə rəsmilərinin iştirakı ilə keçirilib

 Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin müvafiq sərəncamına əsasən 2026-cı ilin “Şəhərsalma və Memarlıq ili” elan olunması ilə əlaqədar Xəzər rayonunda ağacəkmə aksiyası keçirilib.

Xəzər Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə Qala qəsəbəsi, Qala-Pirallahı avtomobil yolunun sağ hissəsində keçirilən aksiyada  Rayon  İcra Hakimiyyətinin başçısı Elşən Salahov, YAP Xəzər rayon təşkilatının sədri Namiq Əhmədov, RİH başçısının müavinləri və Aparatın əməkdaşları, rayon bələdiyyələrinin rəsmiləri, Xəzər RİH başçısının qəsəbə inzibati ərazi dairələri üzrə nümayəndələri, rayonun təhsil, səhiyyə, mədəniyyət, idarə, müəssisə və təşkilatların rəhbərləri və kollektivləri, Şəhid ailələri və müharibə iştirakçıları və rayon ictimaiyyətinin nümayəndələri iştirak ediblər.

Aksiya iştirakçıları tərəfindən əkilən ağaclara aqrotexniki qulluq göstərilib, onların suvarılması ilə bağlı vacib təşkilati və texniki tədbirlər görülüb.








Rəylər

0 Rəy


Rəy yaz

Oxşar xəbərlər

18 yanvar onun günüdür

Bakı
17-01-2026
1168