Asif Zeynallı: “Ramana bələdiyyəsi sakinlərin məmnunluğunun təmin olunması istiqamətində layihələri davam etdirir”
Ramana bələdiyyəsinin həyata keçirdiyi layihələr ərazidə vətəndaş məmnunluğunun təmin edilməsinə və sakinlərin qarşılaşdıqları problemlərin həllinə yönəlib.
Bu barədə Sabunçu rayonu Ramana bələdiyyəsinin sədri
Asif Zeynallı məlumat verib.
Sədr bildirib ki, sakinlərin müraciətləri əsasında
qəsəbənin Səfiyar Behbudov küçəsində cari təmir işləri aparılıb. Bələdiyyə
iclasının qərarı ilə həyata keçirilən layihə çərçivəsində küçədə təmizlik işləri
də görülüb, ərazidə səliqə-sahman yaradılıb.
Qeyd olunub ki, Ramana bələdiyyəsi ilin sonunadək təmirə
ehtiyacı olan daha bir neçə küçədə cari təmir işlərinin aparılmasını nəzərdə
tutub.
Asif Zeynallı Belediyye.infoya açıqlamasında bələdiyyənin
maliyyə fəaliyyəti ilə bağlı da məlumat verib. O bildirib ki, bələdiyyə
iclasında büdcə layihəsi müzakirəyə çıxarılıb və növbəti iclasda onun təsdiq
edilməsi planlaşdırılır.
Sədrin sözlərinə görə, hazırda bələdiyyənin vergi
xidməti tərəfindən sakinlər arasında maarifləndirmə işləri aparılır, vergi ödənişlərinin
vaxtında həyata keçirilməsinin əhəmiyyəti izah olunur.
Təəssüf ki, noyabrın 15-dən etibarən vergilərini ödəməyən
vətəndaşlara dəbbə pulu hesablanacaq. Bu baxımdan sakinlərə vergilərini
vaxtında ödəməyi tövsiyə edirik. Ödəniş nə qədər tez həyata keçirilsə,
hesablanacaq əlavə məbləğ də bir o qədər az olacaq.
Sədr əlavə edib ki, bələdiyyənin əldə etdiyi maliyyə
vəsaitinin hər bir manatı nəticə etibarilə sakinlərin üzləşdiyi problemlərin həllinə
və qəsəbənin abadlaşdırılmasına yönəldilir.
Belediyye.info
Rəylər
0 Rəy