Belediyye.info 2015-ci ilin may ayının 25-i tarixindən fəaliyyətdədir.

24-11-2026 , 18:08

73

Son xəbərlər

Bütün xəbərlər

Ən çox oxunanlar

Bu gün Bu həftə Bu ay
Bakı
- +

Asif Zeynallı: “Ramana bələdiyyəsi sakinlərin məmnunluğunun təmin olunması istiqamətində layihələri davam etdirir”

Ramana bələdiyyəsinin həyata keçirdiyi layihələr ərazidə vətəndaş məmnunluğunun təmin edilməsinə və sakinlərin qarşılaşdıqları problemlərin həllinə yönəlib.

Bu barədə Sabunçu rayonu Ramana bələdiyyəsinin sədri Asif Zeynallı məlumat verib.

Sədr bildirib ki, sakinlərin müraciətləri əsasında qəsəbənin Səfiyar Behbudov küçəsində cari təmir işləri aparılıb. Bələdiyyə iclasının qərarı ilə həyata keçirilən layihə çərçivəsində küçədə təmizlik işləri də görülüb, ərazidə səliqə-sahman yaradılıb.

Qeyd olunub ki, Ramana bələdiyyəsi ilin sonunadək təmirə ehtiyacı olan daha bir neçə küçədə cari təmir işlərinin aparılmasını nəzərdə tutub.

Asif Zeynallı Belediyye.infoya açıqlamasında bələdiyyənin maliyyə fəaliyyəti ilə bağlı da məlumat verib. O bildirib ki, bələdiyyə iclasında büdcə layihəsi müzakirəyə çıxarılıb və növbəti iclasda onun təsdiq edilməsi planlaşdırılır.

Sədrin sözlərinə görə, hazırda bələdiyyənin vergi xidməti tərəfindən sakinlər arasında maarifləndirmə işləri aparılır, vergi ödənişlərinin vaxtında həyata keçirilməsinin əhəmiyyəti izah olunur.

Təəssüf ki, noyabrın 15-dən etibarən vergilərini ödəməyən vətəndaşlara dəbbə pulu hesablanacaq. Bu baxımdan sakinlərə vergilərini vaxtında ödəməyi tövsiyə edirik. Ödəniş nə qədər tez həyata keçirilsə, hesablanacaq əlavə məbləğ də bir o qədər az olacaq.

Sədr əlavə edib ki, bələdiyyənin əldə etdiyi maliyyə vəsaitinin hər bir manatı nəticə etibarilə sakinlərin üzləşdiyi problemlərin həllinə və qəsəbənin abadlaşdırılmasına yönəldilir.

Belediyye.info


Rəylər

0 Rəy


Rəy yaz

Oxşar xəbərlər

Şəhid atası ziyarət olunub

Bakı
02-09-2026
1078