Belediyye.info 2015-ci ilin may ayının 25-i tarixindən fəaliyyətdədir.

07-09-2026 , 22:18

975

Son xəbərlər

Bütün xəbərlər

Ən çox oxunanlar

Bu gün Bu həftə Bu ay
Bakı
- +

Naidə Məmmədova: “Ələt bələdiyyəsi hər bir sakinin müraciətini diqqətdə saxlayır”

“Bu gün bələdiyyənin əsas vəzifəsi hər bir sakinin müraciətini diqqətdə saxlamaqla, onun həlli ilə bağlı addım atmaq olmalıdır”- bu fikirləri Belediyye.infoya Qaradağ rayonu, Ələt bələdiyyəsinin sədri Naidə Məmmədova deyib.

Sədrin sözlərinə görə, bu günlərdə sakinlər qəsəbə sahibsiz itlərin onlara narahatlıq yaratması barədə müraciəti bələdiyyədə diqqətlə araşdırlımış və müvafiq quruma müraciət edilməsi qərara alınmışdır.

Bu gün müraciətin icrası ilə  Ələt bələdiyyəsinin təşkilatçılığı  və "Hevvanlara Qayğı Mərkəzinin" birgə fəaliyyəti nəticəsində qəsəbə ərazisində ondan artıq  sahibsiz it toplanaraq "Sahibsiz və kimsəsiz heyvanlar üçün sığınacağa" yerləşdirilmişdir.

Sədr qeyd edib ki, Ələt bələdiyyəsi bundan sonra da həmişə olduğu kimi sakinlərin müraciətini diqqətdə saxlamaqla onun həlli ilə bağlı addımlar atacaqdır.

Sakinlər bələdiyyənin bu addımını razılıqla qarşılamlışlar.

Belediyye.info


Rəylər

1 Rəy

Ramin Rəhimov

08-09-2026, 1 ay əvvəl

Əvvəla salamlayıram Ələt qəsəbə bələdiyyəsinin rəhbəri Naidə Məmmədovanı.Onun sədrlik etdiyi müddət ərzində qəsəbədə həqiqətən də bir çox işlər görüldüyü göz qabağındadır.İlk öncə vətəndaşların hər hansı bir mövzu, problem üzrə haqlı narazılıqlarını təmkinlə dinləyib həlli yollarının araşdırılıb qısa müddətdə aradan qaldırılmasında operativ çalışmalarını qeyd etmək istəyirəm.Qəsəbənin küçələrində abadlıq və təmizlik işlərində, kommunikasiya xətlərinin təmirində əllərindən gələni edir bacarmadıqlarını Qaradağ rayon İcra hakimiyyəti və mərkəzi idarələriylə sıx əlaqədar çalışaraq vətəndaşları razı salmağa çalışırlar. Buna görə də mən Ələt qəsəbə bələdiyyə sədri Naidə xanım Məmmədovaya və bütün bələdiyyə kollektivinə təşəkkürümü bildirirəm.

Cavabla

Rəy yaz

Oxşar xəbərlər