Tehran Rəhmanov: “ Birinci rüb ərzində büdcə gəlirlərində ciddi artıma nail olmuşuq”
“Türkan bələdiyyəsinin əsas fəaliyyəti seçicilərinə xidmətdən başlayır. Hər bir sakininin müraciətinin icrası sonda maliyyə tələb edir. Məhz seçicinin bələdiyyənin inzibati binasından razı getməsi üçün bələdiyyənin rəsmiləri və kollektivi daim bütün qüvvələrini səfərbər edir”- bu fikirləri adıçəkilən bələdiyyənin sədri Tehram Rəhmanov deyib.
Sədr qeyd edib ki, yenilənmiş və
təkmilləşdirilmiş BAMS-ın verdiyi imkandan yararlanaraq büdcə gəlirlərində son iki
il ərzində ciddi artıma nail olunub.
Belə ki, əgər 2024 -cü ilin birinci rübündə 9.726
manat vəsait əldə edilmişdirsə, cari ilin birinci rübündə bu rəqəm 36.808 manat
təşkil edib. İki il ərzində ümumi büdcə gəlirlərində beş dəfəyədək artım müşahidə
olunub. Əldə edilən vəsaitin 25.887 manatı əmlak vergisindən, 10.920 manatı isə
torpaq vergisindən daxil olub.
Bu uğurun əldə edilməsində seçicilərimizin də
mühüm rolu olub. Kollektiv üzvlərinin və vergi xidməti əməkdaşlarının mütəmadi
olaraq vergi ödəyiciləri ilə görüşlərin təşkil edilməsi, onlarla izahat
işlərinin aparılması sonda öz bəhrəsini vermiş oldu.
Məhz bu fəaliyyətin nəticəsində birinci rüb ərzində qəsəbədə təmir və abadlıq işlərinin
aparılması üçün 3.500 manata yaxın vəsait xərclənib. Bununla yanaşı gənclərin
futbola marağını nəzərə alıb yaranmış komandaya
on bir dəst idman forması alınıb.
Sədr qeyd edib ki, birinci rüb ərzində həmçinin şəhid, qazi və aztəminatlı ailələr də unudulmayıb.
Şəhid və qazi ailələrə 650 manatlıq
maddi yardım, aztəminatlı ailələrə isə Ramazan
bayramı münasibətilə 1.145 manatlıq bayram sovqatı paylanılmışdır.
Belediyye.info
Rəylər
0 Rəy