Belediyye.info 2015-ci ilin may ayının 25-i tarixindən fəaliyyətdədir.

20-04-2026 , 23:28

106

Son xəbərlər

Bütün xəbərlər

Ən çox oxunanlar

Bu gün Bu həftə Bu ay
Bakı
- +

Ruhin Orucov: “Ümumi büdcə gəlirlərində 49 faizlik artım qeydə alınıb”

“Cari ilin birinci rübündə ciddi artımlara nail olmuşuq. Bütün maliyyə istiqamətlərində irəliləyiş göz önündədir”- bu fikirləri Sabunçu rayonu Bakıxanov bələdiyyəsinin sədri Ruhin Orucov deyib.

Sədr açıqlamasında bildirib ki, 2024- cü ilin birinci rübündə ümumi büdcə gəliri 103.235 manat olmaqla, bu vəsaitin   7.861 manat torpaq vergisindən,   92.304 manatı əmlak vergisindən, 2.773 bələdiyyə mülkiyyətinin icarə və istifadəsindən, 297 manatı isə mehmanxanlardan daxil olan rüsumlar təşkil edib.

 Müvafiq olaraq bu rəqəmlər 2025 -ci ildə  birinci rüb ərzində 119.642 manat olmaqla, bu vəsaitin   10.877 manatı torpaq vergisindən,  103.071 manatı əmlak vergisindən, 5.397 manatı  bələdiyyə mülkiyyətinin icarə və istifadəsindən, 297 manatı isə mehmanxanlardan daxil olan rüsumlar təşkil edib.

Cari ilin birinci rübündə isə artım müşahidə olunub. Belə ki,   2026-cı il  I-ci rübü ərzində əldə büdcə gəlirlərinin həcmi:  154.614 manat,  bundan  torpaq vergisinin həcmi  12.622 manat, əmlak vergisinin həcmi  134.458 manat, bələdiyyə mülkiyyətinin icarə və istifadəsindən 6.736 manat, mehmanxana üzrə ödənişlər isə 798 manat təşkil edib.

Göründüyü kimi,  ümumi büdcə gəlirlərində 49 faizlik artım qeydə alınıb.

Sədr sonda bildirib ki, bələdiyyənin kollektivi ilin sonunadək qarşısına qoyduğu hədəfə çatacağına inanır.

Belediyye.info

Rəylər

0 Rəy


Rəy yaz

Oxşar xəbərlər