Belediyye.info 2015-ci ilin may ayının 25-i tarixindən fəaliyyətdədir.

06-05-2026 , 09:59

131

Son xəbərlər

Bütün xəbərlər

Ən çox oxunanlar

Bu gün Bu həftə Bu ay
Bakı
- +

Əziz Zeynalov: “Əhalinin həssas qrupunu  narahat edən məsələlərin həllinə bələdiyyə hər zaman öz dəstəyini əsirgəmir”

“Əhalinin həsas qrupuna aid insanlara maddi və mənəvi dəstəyin göstərilməsi bələdiyyənin əsas fəaliyyət istiqamətlərindən biridir”- bu fikirləri Belediyye.infoya Nəsimi bələdiyyəsinin sədri Əziz Zeynalov deyib.

Sədrin sözlərinə görə, bu günlərdə bələdiyyənin Sosial məsələr Daimi komissiyasınımn təqdimatı ilə Çernobıl Atom Elektrik Stansiyasında (AES) baş vermiş qəzanın 40-cı ildönümü ilə əlaqədar rayon sakini olan beş nəfərlə söhbət aparılmış, onların sosial məişət qayğıları ilə maraqlanılmış və bələdiyyə iclasının qərarı ilə onların hər birinə maddi yardımın göstərilməsi qərara alınmışdır.

Sədr bildirib ki, Azərbaycan vətəndaşlarının həmin qəzanın nəticələrinin aradan qaldırılması ilə bağlı həyata keçirilən tədbirlərdə fəal iştirak ediblər. Çernobıl faciəsinin nəticələri Azərbaycana da ciddi təsir göstərib. Bu faciədən sonra 2 mindən çox azərbaycanlı uşaq müxtəlif xəstəliklərlə dünyaya gəlib. Faciənin nəticələrinin aradan qaldırılması üçün 8500-dən artıq azərbaycanlı prosesə cəlb olunub.

Sədr qeyd edib ki, hər il bələdiyyə büdcəsindən sosial layihələrin icrası üçün maliyyə vəsaitinin ayrılması nəzərdə tutulur. Bələdiyyənin üzv və qulluqçularının iştirakı ilə şəhid və qazi ailələri ziyarət olunur və onların narahat edən məsələlərin həllinə bələdiyyədə öz dəstəyini əsirgəmir.

Belediyye.info 

Rəylər

0 Rəy


Rəy yaz

Oxşar xəbərlər