Keşlə bələdiyyəsində Ulu Öndər Heydər Əliyevə həsr olunmuş tədbir keçirilib
Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi
ilə başlayıb. Daha sonra Ümummilli Lider Heydər Əliyevin, eləcə də ölkəmizin ərazi
bütövlüyü və suverenliyi uğrunda canlarını fəda etmiş şəhidlərimizin əziz xatirəsi
bir dəqiqəlik sükutla yad edilib.
Çıxış edən Keşlə bələdiyyəsinin sədri Rəşad Babayev, Yeni Azərbaycan
Partiyası Nizami rayon təşkilatının sədr müavini Rəşadət Xalıqov və digər
natiqlər bildiriblər ki, Azərbaycanın müasir tarixində milli intibah dövrü məhz
Ulu Öndər Heydər Əliyevin adı ilə sıx bağlıdır. Qeyd olunub ki, dahi dövlət
xadimi ölkəmizi xaos və böhran vəziyyətindən çıxararaq xalqımızın taleyində
xilaskar missiyasını uğurla həyata keçirib, mürəkkəb və çətin dövrlərdə dövlət
müstəqilliyini qoruyaraq Azərbaycanın həm regionda, həm də beynəlxalq aləmdə
mövqeyini möhkəmləndirib.
Çıxışlardan sonra Yeni Azərbaycan Partiyasına yeni qəbul
olunmuş üzvlərə partiya vəsiqələri təqdim edilib.
Tədbir Yeni Azərbaycan Partiyasının himninin səsləndirilməsi ilə yekunlaşıb.
Keşlə bələdiyyəsi
Rəylər
0 Rəy