Anar Adıgözəlov: “Bu gün bələdiyyənin nəzarətində olan su ötürücü mühərriklərin işlək vəziyyətdə olması daim diqqətdə saxlanılır”
“Bakı şəhərində müşahidə olunan intensiv yağışlar səbəbindən yaranmış fəsadların aradan qaldırılması istiqamətində həyata keçirilən işlərə Maştağa bələdiyyəsi öz dəstəyini göstərməkdədir”- bu fikirləri Belediyye.infoya Sabunçu rayonu, Maştağa bələdiyyəsinin sədri Anar Adıgözəlov deyib.
Sədr
qeyd edib ki, hazırda aidiyyatı təsərrüfat strukturları ilə yanaşı bələdiyyə də gücləndirilmiş iş
rejimində çalışır. Qeyd edilib ki, yağış nəticəsində bəzi ərazilərdə normanı dəfələrlə
üstələyən yağıntının kollektorlar tərəfindən kənarlaşdırılması gecikmələr
müşahidə edilir. Nəticədə, bəzi ərazilərdə su yığılması halları müşahidə
edilir, qəsəbə ərazisində belə ərazilər bələdiyyənin işçi qrupu tərəfindən müəyyən
edilərək aidiyyatı üzrə qurumlara təqdim edilir.
Hazırda
bira sıra ərazilərdə, o cümlədən Məmmədbağır qəbirstanlığında və digər ərazilərdə
bələdiyyənin nəzarətində olan 22 üç fazalı
(15 KV-luq) su ötürücü mühərriklər dayanmadan işləməkdədir. Bununla yanaşı ehtiyacı olan 10-a yaxın sakinə su mühərrəki
alınaraq təhvil verilmişdir.
Bu gün bələdiyyənin nəzarətində olan su ötürücü mühərriklərin işlək vəziyyətdə olması daim diqqətdə saxlanılır.
Belediyye.info
Rəylər
0 Rəy