Səkinə Kərimova: “Bələdiyyənin vergi xidməti borclu sakinlərlə sistemli iş aparır”
“Bu gün Balaxanı bələdiyyəsi vergi borcu olan vətəndaşlarla ciddi və sistemli iş aparır. Əvvəlcə vətəndaşın sosial durumu təhlil edilir və borcun yaranmasına aydınlıq gətirilir. Sonra borclu vergi ödəyicisi ilə görüş keçirilərək vəziyyətə aydınlıq gətirilir. Etiraf edək ki, biz bələdiyyə olaraq, məsələnin hüquq müstəvisinə çıxmasına maraqlı deyilik” - bu fikirləri Belediyye.infoya Sabunçu rayonu, Balaxanı bələdiyyəsinin sədri Səkinə Kərimova deyib.
Xanlm sədr qeyd edib ki, 2026-cı ilin beş ayı ərzində icra probasiyaya 42 vergi ödəyicisi
ilə bağlı akt göndərilmişdir. Göndərilən
aktlardan yerli büdcəyə daxil olmalı vəsaitin
həcmi 15.728 manat təşkil edir. Bu günədək
həmin vəsaitdən 1.303 manatı bələdiyyə büdcəsinə daxil olub.
Sədr onu da əlavə edib ki, ötən ilin müvafiq dövründə icra-probasiyadan daxil olan vəsaitin həcmi 323
manat olub.
Bu
gün vergi xidmətinin əməkdaşları qarşıların qoyulıan hədəfə doğru irəliləyir və
bununla bağlı BAMS-ın verdiyi bütün imkanlardan yaralanmğa çalışırlar.
Belediyye.info
Rəylər
0 Rəy