Səkinə Kərimova: “Balaxanı bələdiyyəsi daim qəsəbə ərazisində həssas qrupa aid insanları daim diqqətdə saxlayır”
“Xeyirxahlığın, insanpərvərliyin, bərabərliyin rəmzi olan müqəddəs Qurban bayramı ölkəmizin hərbir guşəsində olduğu kimi Balaxanı qəsəbəsində yüksək səviyyədə qeyd edilib” – bu fikirləri Sabunçu rayonu, Balaxanı bələdiyyəsinin sədri Səkinə Kərimova bildirib.
Sədr qeyd edib ki, Qurban bayramı münasibətilə şəhid, qazi
ailələri, aztəminatli ailələrə ümumilikdə 8 qurbanlıq qoyun kəsilərək paylanılıb. Bələdiyyə iclasının qərarı ilə bu sosial aksiyaya yerli büdcədən 2.560 manat ayrılıb.
Sədr bildirib ki, Sabunçu RİH-in təşəbbüsü ilə Balaxanı bələdiyyəsi daim qəsəbə ərazisində həssas qrupa aid insanları daim diqqətdə saxlayır.
Belediyye.info
Rəylər
0 Rəy