Belediyye.info 2015-ci ilin may ayının 25-i tarixindən fəaliyyətdədir.

21-09-2026 , 16:27

110

Son xəbərlər

Bütün xəbərlər

Ən çox oxunanlar

Bu gün Bu həftə Bu ay
Bakı
- +

Binə bələdiyyəsinin təşkilatçılığı ilə "Sülh aylığı" çərçivəsində maarifləndirici tədbir keçirilib


Azərbaycanda Respublikasında hər il ənənəvi olaraq 21 avqust – 21 sentyabr tarixləri arasında "Sülh Aylığı" elan edilir və bu çərçivədə müxtəlif dövlət qurumları, təhsil müəssisələri və qeyri-hökumət təşkilatları tərəfindən genişmiqyaslı aksiyalar təşkil olunur. Bu tədbirlərin əsas məqsədi sülh mədəniyyətini gənc nəslə aşılamaq və insan hüquqlarının qorunmasına ictimai dəstəyi artırmaqdır.

Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkilinin (Ombudsmanın) təşəbbüsü ilə Beynəlxalq Sülh Günü ərəfəsində elan olunmuş 21 avqust – 21 sentyabr "Sülh aylığı" çərçivəsində Binə bələdiyyəsi tərəfindən maarifləndirici tədbir təşkil edilib.

Sülh mövzusunda maarifləndirici tədbirlər cəmiyyətdə humanizm, dialoq və qarşılıqlı hörmət mühitinin formalaşmasında həlledici rol oynayır.

Tədbirdə cəmiyyətin bütün təbəqələrində, xüsusilə uşaqlar və gənclər arasında sülh mədəniyyətinin aşılanması, insan hüquqları və bərabərlik dəyərlərinə hörmətin gücləndirilməsi, eləcə də tolerantlıq və dialoq mühitinin inkişaf etdirilməsinin mühüm əhəmiyyəti vurğulanıb.

Xəzər rayonu, Binə bələdiyyəsi 



Rəylər

0 Rəy


Rəy yaz

Oxşar xəbərlər