Ruhin Orucov: “Bakıxanov bələdiyyəsi sakinlərin müraciətlərinin nəzərə alınmasına xüsusi diqqət yetirir”
Bakıxanov qəsəbəsində abadlıq işləri davam etdirilir. Belə ki, Bakıxanov bələdiyyəsi tərəfindən Muxtar Fətəliyev küçəsində yerləşən 1 saylı yaşayış binasının həyətində yeni asfalt örtüyü çəkilmişdir.
Bu barədə Belediyye.infoya məlumatı adıçəkilən bələdiyyənin
sədri Ruhin Orucov deyib.
Sədr qeyd edib ki, aparılan abadlıq işləri nəticəsində
300-ə yaxın sakinin yaşadığı binanın həyəti yenilənərək daha səliqəli, rahat və
müasir görkəm almışdır. Həyət ərazisinə yeni asfalt örtüyünün salınması sakinlərin
gündəlik rahatlığının təmin olunmasına, yaşayış mühitinin yaxşılaşdırılmasına və
ərazinin infrastrukturunun daha da müasirləşdirilməsinə töhfə verir.
Bakıxanov bələdiyyəsi qəsəbə ərazisində abadlıq və
quruculuq işlərinin genişləndirilməsinə, ictimai yaşayış sahələrinin
yaxşılaşdırılmasına, eləcə də sakinlərin müraciət və ehtiyaclarının nəzərə
alınmasına xüsusi diqqət yetirir.
Sakinlərin daha rahat və əlverişli yaşayış şəraitinin təmin edilməsi məqsədilə qəsəbədə abadlıq və quruculuq tədbirləri bundan sonra da davam etdiriləcəkdir.
Belediyye.info
Rəylər
0 Rəy