Belediyye.info 2015-ci ilin may ayının 25-i tarixindən fəaliyyətdədir.

06-11-2026 , 00:06

130

Son xəbərlər

Bütün xəbərlər

Ən çox oxunanlar

Bu gün Bu həftə Bu ay
Bakı
- +

Aygün Kərimova: “Büdcə gəlirlərinin artırılması yerli əhəmiyyətli məsələlərin həlli üçün əlavə imkanlar yaradır”


Suraxanı rayonu Əmircan bələdiyyəsinin sədri Aygün Kərimova növbəti ilin büdcə planlaşdırılması və cari ilin büdcə gəlirlərinin vəziyyəti ilə bağlı Belediyye.infoya açıqlamasında bildirib ki, bələdiyyənin maliyyə imkanlarının genişləndirilməsi, yerli büdcə gəlirlərinin artırılması və mövcud vəsaitlərdən səmərəli istifadə olunması əsas prioritetlərdəndir.

Aygün Kərimovanın sözlərinə görə, 2026-cı ilin yanvar-oktyabr aylarında bələdiyyənin büdcə gəlirlərində ötən ilin müvafiq dövrü ilə müqayisədə əhəmiyyətli artım qeydə alınıb.

Belə ki, 2025-ci ilin ilk on ayı ərzində Əmircan bələdiyyəsinin büdcə gəlirləri 89 007 manat təşkil etdiyi halda, 2026-cı ilin eyni dövründə bu göstərici 129 296 manata yüksəlib. Beləliklə, hesabat dövründə büdcə gəlirləri 40 289 manat və ya təxminən 45,3 faiz artıb.

Bələdiyyə sədri qeyd edib ki, əldə olunan artım yerli maliyyə imkanlarının genişləndirilməsi baxımından mühüm əhəmiyyət daşıyır. Bununla yanaşı, büdcə daxilolmalarının davamlılığının təmin edilməsi, mövcud gəlir mənbələrinin düzgün qiymətləndirilməsi və vergi uçotunun təkmilləşdirilməsi istiqamətində işlərin davam etdirilməsi nəzərdə tutulur. Bu istiqamətdə müvafiq tədbirlər bələdiyyənin vergi xidməti tərəfindən həyata keçiriləcək.

Belediyye.infoya açıqlamasında Aygün Kərimova bildirib ki, növbəti ilin büdcə layihəsi hazırlanarkən gəlir və xərclərin real maliyyə imkanları əsasında planlaşdırılmasına xüsusi diqqət yetirilir. Büdcə vəsaitlərinin yerli ehtiyaclara uyğun bölüşdürülməsi, qarşıda duran vəzifələrin icrası və qəsəbənin sosial-iqtisadi inkişafına yönələn tədbirlərin maliyyələşdirilməsi əsas prioritetlər sırasındadır.

Bələdiyyə sədrinin sözlərinə görə, büdcə gəlirlərinin artırılması yerli əhəmiyyətli məsələlərin həlli üçün əlavə imkanlar yaradır. Bu baxımdan, qarşıdakı dövrdə də maliyyə intizamının qorunması, büdcə vəsaitlərinin şəffaf və məqsədyönlü idarə olunması, eləcə də gəlir potensialının artırılması istiqamətində tədbirlər davam etdiriləcək.

Belediyye.info

Rəylər

0 Rəy


Rəy yaz

Oxşar xəbərlər