27 Sentyabr - Anım Günü ilə bağlı Azərbaycan Milli QHT Forumunun Bəyanatı:
5 il əvvəl - 2020-ci il sentyabrın 27-də Ermənistan silahlı qüvvələrinin cəbhəboyu genişmiqyaslı təxribatına cavab olaraq Azərbaycan Ordusu “Dəmir Yumruq əməliyyatı” kimi dünya hərb tarixinə düşən əks-hücum əməliyyatına başladı. Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi ilə qazanılan tarixi qələbə ərazilərimizin işğaldan azad olunması ilə nəticələndi, milli ləyaqət nümunəsinə çevrildi.
27
Sentyabr – Anım Günü Vətən uğrunda canından keçən bütün şəhidlərimizin xatirəsinə
yüksək ehtiramın təcəssümüdür. Şəhidlərimizin hünəri və qanı bahasına yazılan
bu zəfər tarixi ədaləti təmin etdi, regional güc balansını Azərbaycanın xeyrinə
dəyişdi, gələcək nəsillərə təhlükəsizlik və tərəqqi miras qoydu.
Biz fəxr
edirik ki, şəhidlərimiz 44 günlük müharibənin gedişində Gəncə, Tərtər və Bərdə
rayonlarında dinc əhaliyə qarşı raket hücumlarının qisasını döyüş meydanında
aldı. Biz bundan sonra da şəhidlərimizin şərəfli həyat yolunu öyrənəcək və öyrədəcək,
onların tarixi missiyasını unutmayacağıq.
2020-ci
ildəki 44 günlük Vətən müharibəsi ərazi bütövlüyümüzü, 2023-cü il 19-20
sentyabr tarixində keçirilən əməliyyat dövlət suverenliyimizi tam bərpa etdi.
Azərbaycan
təkbaşına BMT Təhlükəsizlik Şurasının 1993-cü ildə qəbul etdiyi müvafiq qətnamələrinin
icrasına nail oldu. Hazırda azad edilmiş ərazilərdə dünyada bənzəri olmayan
geniş bərpa və quruculuq işləri aparılır, “Böyük Qayıdış” Proqramı çərçivəsində
keçmiş məcburi köçkünlərin təhlükəsiz qayıdışı həyata keçirilir.
Azərbaycan
beynəlxalq hüququn prinsiplərinə – suverenlik, ərazi bütövlüyü və sərhədlərin
toxunulmazlığına sadiq qalaraq, Ermənistanla münasibətlərin normallaşdırılması
istiqamətində
qətiyyətli
addımlar atır. Bu ilin 8 avqustunda Azərbaycan Respublikasının Prezidenti İlham
Əliyevin və Ermənistan Respublikasının Baş naziri Nikol Paşinyanın Vaşinqtonda
ABŞ Prezidenti Donald Trampın şahidliyi ilə imzaladıqları Birgə Bəyannamə tarixi
əhəmiyyət kəsb edir. Bu sənəd Azərbaycanın əsas ərazisi ilə Naxçıvan bölgəsi
arasında maneəsiz bağlantının – Zəngəzur dəhlizinin reallaşmasını da təmin edəcək.
Bütün
bunlar həm də şəhidlərimizin fədakarlığı, müharibə veteranlarımızın əzmi, Müzəffər
Ali Baş Komandan, Prezident İlham Əliyevin qətiyyətli, müdrik siyasəti,
yaratdığı yeni reallığın nəticəsidir. Prezident İlham Əliyev müharibənin qalibi
olduğu kimi, sülhün də müəllifidir.
Azərbaycan
QHT-ləri qəhrəman şəhidlərimizin ailələrinə bundan sonra da müqəddəs əmanət
kimi yanaşacaq.
Azərbaycan
QHT-lərinin çətir təşkilatı olan Azərbaycan Milli QHT Forumu şəhidlərimizin əziz
xatirəsini dərin hörmətlə yad edir, onların ruhu qarşısında baş əyir.
Rəylər
0 Rəy