Belediyye.info 2015-ci ilin may ayının 25-i tarixindən fəaliyyətdədir.

20-11-2025 , 01:15

842

Son xəbərlər

Bütün xəbərlər

Ən çox oxunanlar

Bu gün Bu həftə Bu ay
Gündəlik Xəbərlər
- +

Səmimiyyət olan işdə  qarşıya qoyulan məqsədə tez çatmaq olur: TƏƏSSÜRAT

Bu dəfə Azərbaycan Qəsəbə Bələdiyyələrin Milli Assosiasiyanın ümumi yığıncağında iştirak etdim. Dəvətə görə assosiasiya rəsmilərinə bir daha təşəkkür edirəm.
Bu tədbir də , etiraf edim ki, yüksək təşkilatçılığı ilə seçildi.

Quba RİH-in rəsmilərinin tədbirin keçirilməsinə həssaslıqla yanaşması, ən xırda görünən problemin belə anındaca həllinə nail olunması, assosiasiyanın hər addımına əlavə bir rəng qatdı.
Sədr Hümbət Hüseynovun bir nəfəsə hesabat məruzəsini təqdim etməsi hər halda diqqəticəkən məqam idi.
İdarə heyətinə gənclərin və qadınların da seçilməsi, xüsusəndə hamının qəbul etdiyi şəxslərə üstünlük verilməsi bütün hallarda müsbət dəyərləndirilməlidir .
Ancaq ən əsası tədbirdə iştirak edən rəsmilərin ortaya bir səmimiyyət qoyduqları göz önündə idi. Deməliyəm ki, səmimiyyət olan işdə isə qarşıya qoyulan məqsədə tez çatmaq olur. İstər Admistrasiyanın ərazi-təskilat şöbəsinin müdir müavini İbrahim Mustafayevin, istər sektor müdiri Fərid Əliyevin, istərsə də Bələdiyyələrlə iş Baş idarəsinin rəisi Elmin Həsənovun çıxışlarında bələdiyyələrin inkişafı və problemlərinin həlli ilə bağlı həssas nöqtələri xüsusilə vurğulamaları iştirakçıların ürəyincə oldu.

Əmlakla bağlı problemlərin həllinə, istərsə bələdiyyələrin peşə bayramının təsis edilməsinə, istərsə də bələdiyyələrin DSMF borclarının həlli ilə bağlı sektor tərəfindən ciddi işlərin aparılması barədə məlumatlar ondan xəbər verir ki, adminstrasiya bələdiyyələrin inkişafına çox maraqlıdır və söylənilən məsələlərin həllinə tezliklə nail olunacaq. Qalır bələdiyyə sədrlərinin bu prosesə öz dəstəklərini vermələri. Demək, uğurun açarı həm də bələdiyyələrin öz əlindədir.
Odur ki, bələdiyyə sədrləri yığıncaqda qaldırılan hər bir məsələyə diqqətlə yanaşmalı, hər biri bu prosesə öz töhfələrini verməlidirlər. Uğur, düşünürəm ki, yalnız bu halda baş verəcəkdir.
İştirak etdiyim hər iki tədbirin fərqli məqamı isə bələdiyyə sədrlərinin çıxışlarında problemlərə də yer vermələri oldu.
Bütün hallarda Administrasiyanın müvafiq şöbəsinin bələdiyyələrin probleminin həllinə həssaslıqla yanaşması diqqətimi daha çox çəkdi. Düşünürəm ki, bu gedişlə bələdiyyələrin əmlakla bağlı problemləri də öz həllini tapacaq. Hər halda ümidimizi itirməməliyik...
Nizamnaməyə edilən dəyişikliklərin edilməsi isə yerində oldu.
Beləliklə, daha bir assosiasiyanın ümumi yığıncağı başa çatdı. Əsas olan odur ki, tədbir "fiksə" xatirinə deyil, real addımlar atıldığı və tədbirdə bələdiyyələrə strateji yol xəritəsi çəkildiyindən belə mühüm bir tədbiri baş tutmuş hesab etmək olar.
İdarə heyətinə seçilənləri isə belə məqamda yalnız uğurlar arzulayıram...
Vüqar Tofiqli

Rəylər

0 Rəy


Rəy yaz

Oxşar xəbərlər

Konfransda bələdiyyə  təmsilçiləri də iştirak edib

Gündəlik Xəbərlər
01-12-2025
357

Onlar Assosiasiyanın idarə heyətinə üzv seçiliblər


Gündəlik Xəbərlər
15-11-2025
728

 Prezidentin məmurlardan əsas tələbləri

Gündəlik Xəbərlər
13-11-2025
705

Qaradağ RİH-də vakant yerlərin sayı yeddiyə çatıb

Gündəlik Xəbərlər
03-11-2025
577

Daha bir icra hakimiyyətində əməliyyat keçirilib

Gündəlik Xəbərlər
02-11-2025
798

Bələdiyyələrin fəaliyyətinə problem yaradanların... 

Gündəlik Xəbərlər
30-10-2025
701