Onlar Kənd Bələdiyyələrinin Milli Assosiasiyanın idarə heyətinə üzv seçiliblər
Xəbər
verdiymiz kimi noyabrın 21- də Azərbaycan Kənd Bələdiyyələrinin Milli
Assosiasiyasının Ümumi Yığıncağı keçirilib. Respublikanın bütün şəhər bələdiyyələrini
təmsil edən 165 nümayəndənin iştirakı ilə keçirilən yığıncaqda Azərbaycan Qəsəbə
Bələdiyyələrinin Milli Assosiasiyasının 2023-2024-cü illərdə fəaliyyəti
haqqında hesabatı, Nəzarət-Təftiş Komissiyasının hesabatı, eləcə də təşkilati məsələlər
müzakirə olunub.
Cari
ilin yanvar ayında baş tutmuş seçkilər nəticəsində ölkə üzrə 685 bələdiyyə
yenidən formalaşıb ki, bunlardan da 513 i
kənd bələdiyyəsidir. Yığıncaqda Assosiasiyanın İdarə Heyətinin 17 üzvü seçilib.
İdarə
Heyətinə seçilən sırasında Şəmkir rayonu Aşağı Seyfəli bələdiyyəsinin sədri Bəhruz
Abbasov, Ordubad rayonu, Dəstə bələdiyyəsinin
sədri Tofiq Babayev, Samux rayonu, Sərkar bələdiyyəsinin sədri Şəmistan Yusifov,
Abşeron rayonu, Masazır bələdiyyəsinin sədri Firdövsi Calalov, Qax rayonu, İlisu
bələdiyyəsinin sədri Elman Xəlilov, Füzuli rayonu, Əhmədaılılar bələdiyyəsinin sədri
Elvin Rəhimov, Yardımlı rayonu, Vərdəgüz
bələdiyyəsinin sədri Əlibaba Hüseynov, Daşkəsən rayonu, Quşçu bələdiyyəsinin sədri
Etibar Alıyev, Ağstafa rayonu, Dağ Kəsəmən bələdiyyəsinin sədri Solmaz
Nağıyeva, Göycay rayonu, Potu bələdiyyəsinin
sədri Zamiq İbrahimov, Lənkəran rayonu, Boladi bələdiyysinin sədri Salman Dadaşov, Bərdə rayonu, Mirzcəfərli bələdiyyəsinin sədri
Nurəddin Alıyev, Şamaxı rayonu,
Nağaraxana
bələdiyyəsinin sədri Sahib Şirinov , Qobustan
rayonu, Ərəb Şalbaş bələdiyyəsinin sədri
Heydər Qaçayev, Göygöl rayonu, Qzılca-Üçtəpə bələdiyyəsinin sədri Rza Məmmədov, Neftçala rayonu, Qaraqaşlı bələdiyyəsinin sədri Xanım Kərimova , Xaçmaz rayonu, Yerguc bələdiyyəsinin
sədri Ozal Əspəndiyev seçiliblər.
Ümumi
yığıncaqda Şəmkir rayonu Aşağı Seyfəli
bələdiyyəsinin sədri Bəhruz Abbasov İdarə heyətinin sədri seçilib. Sonra seçilmiş sədrin təklifi əsasında
Assosiasiyanın 3 müavini müəyyən olunub. Ordubad rayonu, Dəstə bələdiyyəsinin sədri
Tofiq Babayev, Samux rayonu, Sərkar bələdiyyəsinin sədri Şəmistan Yusifov, Abşeron
rayonu, Masazır bələdiyyəsinin sədri Firdövsi Calalov idarə heyətinin sədr
müavini seçiliblər.
Assosiasiyanın
nəzarət-təftiş komissiyasına Gədəbəy rayonu, Slavyanka bələdiyyəsinin
sədri Firudin Məmmədov, Salyan rayonu, Çuxanlı
bələdiyyəsinin sədri Zaur Vahidov, Biləsuvar
rayonu, Nəsimi bələdiyyəsinin sədri Əli Əliyev, Şabran rayonu,
Pirəbədil bələdiyyəsinin sədri Atabala Şeydayev, Hacıqabul rayonu, Udullu bələdiyyəsinin
sədri Telman Süleymanov, Zaqatala rayonu, Muxax bələdiyyəsinin sədri Elvin
Yusifov, Qazax rayon, Salahlı bələdiyyəsinin sədri Alı Budaqov, Sabirabad
rayonu, Yolçubəyli bələdiyyəsinin sədri
Xəzər Abişov seçiliblər.
Belediyye.info
Rəylər
0 Rəy