Bakı şəhərində fəaliyyət göstərən bələdiyyələr üçün seminar-təlim keçirilib
Aprelin 16-da Ədliyyə Nazirliyinin Bələdiyyələrlə iş baş idarəsi tərəfindən Bakı şəhəri üzrə fəaliyyət göstərən bələdiyyələrin üzv və qulluqçuları üçün seminar-təlim təşkil olunub.
Videokonfrans formatında keçirilən təlim “Qəbiristanlıqların
saxlanılması və abadlaşdırılmasına diqqətin artırılması” və “Qrant münasibətlərinin
iştirakçısı kimi bələdiyyələrin səlahiyyətləri” mövzularını əhatə edib.
78 nəfərin iştirak etdiyi təlimdə Azərbaycan Respublikasının
İnsan hüquqları üzrə müvəkkilinin (ombudsmanın) müstəqil monitorinq mexanizmi çərçivəsində
Müvəkkilin aparatının və regional mərkəzlərinin əməkdaşları tərəfindən “Azərbaycan
Respublikasında digər millətlərə və dinlərə mənsub şəxslərə aid qəbiristanlıqların
mövcud vəziyyətinə dair” aparılmış monitorinq və onun nəticələri barədə məlumat
verilib. Qəbiristanlıqların qorunması sahəsində öhdəliklər izah olunaraq bu
istiqamətdə əhaliyə göstərilən xidmətin keyfiyyətinin artılmasının vacibliyi
diqqətə çatdırılıb.
Daha sonra qranta, o cümlədən qrant müqavilələrinin (qərarlarının)
qeydə alınmasına dair qanunvericiliyin tələbləri izah olunub, donor və
resipiyent kimi bələdiyyələrin hüquqları və vəzifələri, məsuliyyəti, xarici
donorlarla bağlı tələblər barədə məlumat verilib. Həmçinin qrant mexanizminin bələdiyyələrə
institosional inkişaf baxımından yaratdığı imkanlar, dövlətin donor kimi çıxış
etdiyi qrant münasibətlərin xüsusiyyətləri qeyd edilib.
Sonda mövzular üzrə iştirakçıların sualları cavablandırılıb
və qarşılıqlı fikir mübadiləsi aparılıb.
Rəylər
0 Rəy