Oğuz və Qəbələ bələdiyyələri ilə onlayn seminar-təlim keçirib
23 aprel 2026
Oğuz bələdiyyələri
ilə onlayn seminar-təlim keçirib
Şəki
regional ədliyyə idarəsi tərəfindən Oğuz rayonunda fəaliyyət göstərən bələdiyyələrin
üzvləri və qulluqçuları üçün onlayn seminar-təlim keçirilib.
Onlayn
formatda təşkil edilən seminar-təlimdə “Qiymətləndirmə fəaliyyəti haqqında” Azərbaycan
Respublikasının Qanununun tələbləri, bələdiyyə iclaslarının keçirilməsi
qaydaları və kollegiallıq prinsipi, vətəndaş-bələdiyyə münasibətlərinin, o cümlədən
vətəndaşların qəbulu işinin düzgün qurulması və bələdiyyələrin fəaliyyətində
aşkarlıq, torpaq qanunvericiliyinin tələblərinin pozulmasının qarşısının
alınmasında bələdiyyələrin rolu barədə məlumat verilib.
Həmçinin bələdiyyə
torpaqları üzərində icarə hüquqlarının alqı-satqısı zamanı qanunvericiliyin tələblərinə
riayət olunması, korrupsiyaya qarşı mübarizənin yerli özünüidarəetməyə ictimai
etimadın artırılmasında rolu, habelə bələdiyyə üzvləri və qulluqçularının etik
davranış qaydaları ilə bağlı məsələlərə toxunulub.
30 nəfər bələdiyyə
üzvü və qulluqçusunun iştirak etdiyi seminar-təlimdə müzakirə olunan mövzular
üzrə bələdiyyələrin hüquq və vəzifələri diqqətə çatdırlıb, iştirakçıları
maraqların suallar cavablandırılıb və fikir mübadiləsi aparılıb.
Qəbələ bələdiyyələri
ilə onlayn seminar-təlim keçirib
23 aprel
2026
Şəki regional ədliyyə idarəsi tərəfindən Qəbələ
rayonunda fəaliyyət göstərən bələdiyyələrin üzvləri və qulluqçuları üçün onlayn
seminar-təlim keçirilib.
Onlayn formatda təşkil edilən seminar-təlimdə “Qiymətləndirmə
fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanununun tələbləri, bələdiyyə
iclaslarının keçirilməsi qaydaları və kollegiallıq prinsipi, vətəndaş-bələdiyyə
münasibətlərinin, o cümlədən vətəndaşların qəbulu işinin düzgün qurulması və bələdiyyələrin
fəaliyyətində aşkarlıq, torpaq qanunvericiliyinin tələblərinin pozulmasının
qarşısının alınmasında bələdiyyələrin rolu barədə məlumat verilib.
Həmçinin bələdiyyə torpaqları üzərində icarə
hüquqlarının alqı-satqısı zamanı qanunvericiliyin tələblərinə riayət olunması,
korrupsiyaya qarşı mübarizənin yerli özünüidarəetməyə ictimai etimadın
artırılmasında rolu, habelə bələdiyyə üzvləri və qulluqçularının etik davranış
qaydaları ilə bağlı məsələlərə toxunulub.
40 nəfər bələdiyyə üzvü və qulluqçusunun iştirak
etdiyi seminar-təlimdə müzakirə olunan mövzular üzrə bələdiyyələrin hüquq və vəzifələri
diqqətə çatdırlıb, iştirakçıları maraqların suallar cavablandırılıb və fikir
mübadiləsi aparılıb.
Ədliyyə Nazilriyi
Rəylər
0 Rəy