Balakən və Zaqatalada bələdiyyə əməkdaşları üçün təlim keçirilib
Ədliyyə Nazirliyinin Şəki regional ədliyyə idarəsi tərəfindən Balakən və Zaqatala rayon bələdiyyələrinin mühasibləri və kargüzarları üçün təlim keçirilib.
Təlim
zamanı fiziki şəxslərin torpaq və əmlak vergiləri, bələdiyyə mülkiyyətində olan
müəssisə və təşkilatların mənfəət vergisi, büdcə intizamına əməl olunması,
maliyyə hesabatlarının təqdim edilməsi, hesabat dövrləri, eləcə də hesabatların
dərc olunması qaydaları ilə bağlı iştirakçılara ətraflı məlumat verilib.
Eyni
zamanda, təlim iştirakçılarını maraqlandıran suallar cavablandırılıb, mövzu üzrə
praktiki izahlar təqdim olunub.
Təlimdə ümumilikdə 34 nəfər iştirak edib.
Rəylər
0 Rəy