Belediyye.info 2015-ci ilin may ayının 25-i tarixindən fəaliyyətdədir.

27-07-2026 , 20:22

114

Son xəbərlər

Bütün xəbərlər

Ən çox oxunanlar

Bu gün Bu həftə Bu ay
Gündəlik Xəbərlər
- +

DSMF borcunun ilin sonunadək bağlanılması nəzərdə tutulub

Qax rayonunda formalaşan səkkiz bələdiyyədən altısının Dövlət Sosial Müdafiə Fonduna ümumilikdə 40.288 manat  borc var. Belə ki, Qax bələdiyyəsinin 12.905 manat, Zəyəm- Tasmalı bələdiyyəsinin  4.298 manat,  Almalı bələdiyyəsinin  5.820 manat, Qum bələdiyyəsinin 12.546 manat,  Qaxbaş bələdiyyəsinin   1.794 manat, Qıpçaq bələdiyyəsinin  2.925 manat borcu vardır.

Hazırda  İlisu və Əlibəyli bələdiyyələrinin hər hansı bir quruma borcu yoxdur.

Belediyye.infonun əldə etdiyi məlumata görə, bütün hallarda börcun böyük bir hissəsi əvvəlki illərdən qalmış  və birləşdirmədən sonra yaranan borclardır. Borcun ilin sonunadək bağlanılması nəzərdə tutulduğu deyilir.

Bildirilir ki, DSMF-yə borcu olan  hər bir bələdiyyə  borcun bağlanılması ilə bağlı ciddi addımlar atır. Hər bir bələdiyyənin vergi xidməti Bələdiyyələrin Vahid İnformasiya Sisteminin (BVİS) yaratdığı imkanlardan istifadə etməklə büdcə gəlirlərini artırmaqla  borcu bağlamaq qərarları var. Odur ki, hazırda vergi-uçot sisteminin təkmilləşdirilir.

Əlavə edək ki, Yardımlı rayonunda formalaşan səkkiz bələdiyyənin DSMF-yə olan borcu 106.146 manat təşkil edir. Gədəbəy rayonunda formaşalan 10 bələdiyyədən isə, Gədəbəy və Slavyanka bələdiyyələri istisna olmaqla, 8 bələdiyyənin DSMF-yə 527.600 manat borcu var.

Belediyye.info              

Rəylər

0 Rəy


Rəy yaz

Oxşar xəbərlər

Şabranın mədəniyyət qoruyucuları

Gündəlik Xəbərlər
18-07-2026
517

Səkkiz bələdiyyənin yarim milyon manat  borcu var

Gündəlik Xəbərlər
08-07-2026
526

Bələdiyyə icra-münasibətlərində Masallı təcrübəsi

Gündəlik Xəbərlər
30-06-2026
728

Şuşa rayonunun demoqrafik vəziyyəti haqqında

Gündəlik Xəbərlər
09-06-2026
557

Bələdiyyələrə dotasiya nə vaxt ayrılacaq?

Gündəlik Xəbərlər
01-06-2026
768