Belediyye.info 2015-ci ilin may ayının 25-i tarixindən fəaliyyətdədir.

29-10-2026 , 16:43

101

Son xəbərlər

Bütün xəbərlər

Ən çox oxunanlar

Bu gün Bu həftə Bu ay
Gündəlik Xəbərlər
- +

VIII Qurultayın vəzifələri Nərimanov bələdiyyəsində müzakirə olunub

Yeni Azərbaycan Partiyası (YAP) Nərimanov rayon təşkilatının “S.Rəhman küçəsi 53A” ünvanı üzrə Ərazi Partiya Təşkilatında Prezident, Partiyanın sədri cənab İlham Əliyevin VIII Qurultayda müəyyənləşdirdiyi məqsədlər və qarşıda duran vəzifələrə həsr olunmuş növbəti görüş keçirilib.

Görüşdə YAP Nərimanov rayon təşkilatının sədri Elçin Quliyev ölkəmizin əldə etdiyi nailiyyətlərin qorunması və inkişaf etdirilməsi, dövlət siyasətinin əsas istiqamətlərinin təbliği, milli həmrəyliyin gücləndirilməsi və cəmiyyətin dövlətçilik ideyaları ətrafında birləşdirilməsi məsələlərindən danışıb. Həmçinin informasiya təhlükəsizliyinin təmin edilməsi, həqiqətə uyğun məlumatların yayılması və milli-mənəvi dəyərlərin gənc nəslə aşılanmasının vacibliyi vurğulanıb.

Görüşdə Azərbaycan Şəhər Bələdiyyələri Milli Assossasiyasının və Nərimanov Bələdiyyəsinin sədri Təmraz Tağıyev qurultayda irəli sürülən çağırışların gündəlik fəaliyyətə tətbiqi, vətəndaşlarla əlaqələrin genişləndirilməsi və ictimai təşəbbüslərin dəstəklənməsi barədə fikirlərini bölüşüb. Qarşıya qoyulan vəzifələrin həyata keçirilməsində partiya üzvlərinin fəal mövqeyinin əhəmiyyəti xüsusi qeyd edilib.






Rəylər

0 Rəy


Rəy yaz

Oxşar xəbərlər

RİH-lərin bələdiyyələrə dəstəyi olarsa

Gündəlik Xəbərlər
18-10-2026
621

E-Bələdiyyə tətbiqi istifadəyə verildi

Gündəlik Xəbərlər
06-10-2026
1241

Siyasi rəhbərin ilk addımı


Gündəlik Xəbərlər
02-10-2026
751